Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bayraktar" Qarabağda daha nələri vurub?

“Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ötən il Qarabağda 44 günlük müharibə zamanı rəsmən Ermənistan ordusunun silahlanmasında yer almayan və bu ölkəyə satılmayan ən müasir Rusiya radioelektron mübarizə komplekslərini də məhv edib. virtualaz.org xəbər verir ki, bu barədə məlumat hələ sentyabr ayında, 44 günlük müharibənin başlamasının ildönümündə “oryxspioenkop.com” adlı saytda yer alıb. Türkiyə və Rusiya qaynaqları isə ona indi diqqət yetiriblər.

Həmin saytda bildirilir ki, Qarabağdakı müharibədən sonra bir sıra müşahidəçilər “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin qeyri-adi effektivliyini erməni silahlı qüvvələrinin sərəncamında onları vurmaq üçün yetərli sistemlərin olmaması ilə izah etməyə çalışırdılar. Lakin Suriya, Liviya və daha sonra Qarabağdakı müharibə hətta S-300PS, “Buk-M2”, “Tor-M2”, “Pantsir-S1” kimi qabaqcıl hava hücumundan müdafiə komplekslərinin hətta “Avtobaza-M”, “Repellent-1”, “Borisoqlebsk-2”, “Qroza-S” , “Piramida-1” kimi müasir radioelektron mübarizə sistemləri ilə birgə istifadə edilməsi zamanı da “Bayraktar”lar qarşısında aciz qaldığını göstərib.

Nəticədə “Bayraktar”ların hətta ən qabaqcıl ölkələrin Hava Hücumundan Müdafiə qüvvələrini zərərsizləşdirmək üçün işlənib hazırlanan həmin sistemləri məhv etməsi təkcə PUA-ların operatorlarını deyil, bu sistemləri istehsal edən Rusiya şirkətlərini də şoka salmalıdır. Fakt budur ki, nisbətən yüngül və baha olmayan PUA belə sistemlərdən nəinki yayına bilir, üstəlik onları axtarıb tapır və məhv edir. Bu da yeni nəsil müharibə deməkdir.

Qeyd edək ki, “Bayraktar”ların Qarabağda Ermənistan ordusuna məxsus “Repellent-1” (həmin qurğuların döyüş əməliyyatları ərəfəsində Qarabağa gətirildiyi bildirilirdi) radioelektron mübarizə komplekslərini məhv etdiyi bəlli idi. Lakin “Avtobaza-M”, “Qroza-6”, (bu kompleksi Belarus istehsal edir) “Borisoqlebsk-2” və “Piramida-1” radioelektron mübarizə sistemlərini də zərərsizləşdirdiyi haqda ilk dəfə danışılır. Hansı ki, “Avtobaza-M” istisna olmaqla həmin sistemlərin Ermənistana rəsmən satışı barədə heç nə məlum deyildi.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar