Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bayer 04"ün futbolçusu: "Qarabağ"la oyunda nəsə düz getməsə, şansımızı itirəcəyik

Əlbəttə, bilirik ki, sabah nəsə düz getməsə, şansımızı itirəcəyik. Ümid edirik ki, hər şey yaxşı olacaq...

Bu sözləri "Bayer 04"ün müdafiəçisi Yosip Stanişiç UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransında bildirib.

23 yaşlı futbolçu bütün turnirlərdə maksimum nəticəyə kökləndiklərini deyib: "Oyuna olduqca yaxşı hazırlaşmışıq. Əvvəlki matçlarda bir o qədər şans qazanmamışdım. Komandaya öyrəşmək lazımdır. Bu, hər bir futbolçuda baş verir. Ona görə də belə bir heyətdə bu cür situasiya normaldır. Mənim üçün hər bir yarış önəmlidir. Hər bir turnirdə yaxşı performans göstərməyə çalışıram. Komanda şəklində bütün turnirlərdə maksimum nəticə qazanmağa çalışırıq. Ümumilikdə yaxşı performans nümayiş etdirməliyik. Bu vaxta qədər çox yaxşı çıxış etmişik".

Y.Stanişiç "Qarabağ"ın gücünü xüsusilə vurğulayıb: "Rəqiblərimizin zəif olduğunu heç vaxt düşünmürük. İlk matç bizim üçün olduqca çətin keçdi. "Qarabağ" bizə çətinlik yaşada bildi. Onlar xüsusilə ilk hissədə güclü olan tərəf idilər. Sabahkı matçda qələbə üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar