Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Trampın Putinin tərəfində ola biləcəyinə inanmır...

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanı müdafiə etmək amerikalılara qarşı olmaq deməkdir...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti bazar ertəsi axşam yayımlanacaq Amerikanın CNN kanalına müsahibəsində deyib.

“Mən başa düşmürəm ki, Donald Tramp necə Rusiya prezidenti Vladimir] Putinin tərəfində ola bilər”, deyə Zelenski müsahibəsində bildirib.


Qeyd edək ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində partiyasının namizədliyini qazanmaq üçün böyük favorit olan keçmiş Respublikaçı prezident Konqresdəki tərəfdarlarını Kiyevə 60 milyard dollarlıq hərbi yardımın qarşısını almağa sövq edir. 77 yaşlı Tramp həmçiin dəfələrlə deyib ki, yenidən seçilərsə, Ukraynadakı münaqişəni “24 saata” bitirə bilər, lakin Tramp kimi dəstəkləyəcəyini söyləməkdən imtina edib.

“Mən düşünmürəm ki, Donald Tramp Putini tanıyır. Bilirəm ki, onunla görüşüb, lakin o, heç vaxt onunla döyüşməyib. Məncə, o, Putinin heç vaxt dayanmayacağını başa düşmür”, deyə Zelenski əlavə edib.

Xatırladaq ki, Qərbdən gələn silah yardımlarının kəskin azalması səbəbindən Ukrayna Rusiya qüvvələri qarşısında zəifləyib və qarşıdurmanın üçüncü ilinə girdiyi bir zamanda sağ qalması üçün lazım olan Qərb silahlarını gözləyir.

CNN telekanalına müsahibəsində Ukrayna prezidenti xəbərdarlıq edib ki, ABŞ onun ölkəsinə bir daha dəstək verməsə, milyonlarla insan həlak olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar