Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz

Rusiya Prezidenti Vladimir Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz...

 

 

APA xəbər verir ki, bunu G7 sammiti çərçivəsində İtaliyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski "SkyTG24" xəbər kanalına deyib.

Zelenski bildirib ki, atəşkəs tələbləri yerinə yetirilsə belə, o, Putinin hərbi hücumu dayandıracağına inanmır:

“Bunlar keçmişdə verilən mesajlardan heç bir fərqi olmayan ultimatum mesajlarıdır. O, dayanmayacaq. O, istəyir ki, işğal olunmuş ərazilərimizin bir hissəsindən əl çəkək, amma işğal olunmamış ərazilərimizi də istəyir. Ölkəmizin bölgələrindən danışır, o, dayanmaz. Dondurulmuş münaqişə olmayacaq. Bu, Hitlerin "Mənə Çexoslovakiyanın bir hissəsini verin və bu, burada bitəcək" deyərkən etdiyi şeydir. Amma yox, bunlar yalandır, tarixi yalanlardır. Çexoslovakiyadan sonra Polşa var idi, sonra bütün Avropanın işğalı”.

Ukrayna Prezidenti qeyd edib ki, “Putin əvvəl Krım və Donbasdan danışırdı, indi isə 4 regiondan danışır”.

Xatırladaq ki, Putin XİN-də bugünkü çıxışında bildirib ki, Kiyev NATO ambisiyalarından əl çəkərsə və Moskvanın iddia etdiyi dörd vilayətin hamısından imtina etməyə razılaşarsa, Rusiya Ukraynadakı müharibəni dayandıracaq.

Poliqon.info


Etiket: Zelünski Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Həcc ziyarətində faciə: 14 zəvvar öldü, 17 nəfər axtarılır

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşa zirvəsinə hazırlığı müzakirə ediblər

50 yaşa çatmadan ölən azərbaycanlı jurnalistlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Xaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Türkiyədən Yunanıstana qaçmaq istəyən FETÖ-çular saxlanılıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Ən çox oxunanalar