Çərşənbə, 19 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

2015-ci ildə sərhədi qanunsuz keçərək Almaniyaya gedən jurnalist Şirin Abbasov (Tire) ötən gün Azərbaycana qayıdıb...

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, barəsində cinayət işi başlanılaraq həbsli axtarışa verilmiş jurnalist bu gün məhkəməyə çıxarılıb.

Məlumat üçün deyək ki, Şirin Abbasov barəsində 9 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanılıb, həbsli axtarışa verilib.

Bu səbəbdən o, ötən gün ölkəyə qayıdan kimi hava limanında saxlanılıb.

Bu gün prokurorluq Şirin Abbasov barəsindəki həbs qətimkan tədbirinin ləğv edilərək sərbəst buraxılması ilə bağlı məhkəməyə təqdimat verib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Jurnalist məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsindəki cinayət işi isə davam edir.

Poliqon.info

 


Etiket: Şirin Tire


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tural Müseyibov işdən çıxarıldığını təkzib edib - Yenilənib

Ərdoğan və Paşinyan Türkiyə-Ermənistan münasibətləriini müzakirə ediblər

Bakıda 27 yaşlı kişi çimərlikdə qətlə yetirilib, şübhəli saxlanılıb - Yenilənib

Moskvanı Ruben Vardanyanın taleyi maraqlandırmır

Cəlilabadda su bəndində boğulanların kimliyi bilinib - Yenilənib

Məşhur turizm saytından Azərbaycana qarşı təxribat – Dövlət Turizm Agentliyi hara baxır...

Bakıda 27 yaşlı kişi qətlə yetirilib, şübhəli saxlanılıb

Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab: Sülhpərvər ölkə imici yaratmaq siyasi manipulyasiyadır

Ermənistan XİN: Müasir hərbi texnikalarla təchiz olunmaq suveren hüququmuzdur

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

13 ölkə “Şimal-Cənub” dəhlizi layihəsində iştirakını təsdiqləyib

Ən çox oxunanalar