Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zəngəzur dəhlizi” ilə bağlı problemlər öz həllini tapıb?

Ermənistanın baş naziri sülh müqaviləsi imzalanmamışdan əvvəl Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasını mümkün hesab edib...

Politoloq: “Ermənistan baş nazirinin səsləndirdiyi bu bəyanatlar qulağa xoş gəlsə də, təəsüf ki, daim ziddiyyətlərlə dolu olur”.

““Zəngəzur dəhlizi” nin açılması tərəflər arasında etimad mühitini kifayət qədər yüksəldə bilər. Hətta bu Ermənistan tərəfindən atılan konstruktiv addım kimi qiymətləndirilə bilər”.

Bu sözləri politoloq Oktay Qasımov Ermənistanın baş nazirinin Zəngəzur dəhlizi haqqındakı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Paşinyan sülh müqaviləsi imzalanmamışdan əvvəl Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasını mümkün hesab edib. Bundan əvvəl də Ermənistanın baş naziri bir ay müddətində sülh müqaviləsini imzalaya biləcəyini bildirmişdi. Digər tərəfdən isə, İrəvanda olan Ceyms O'Brayn bildirib ki, ABŞ Naxçıvandan Türkiyəyə yolun açılmasını dəstəkləyir. Təbii ki, bu dəstək o halda verilir ki, dəhlizi Rusiya FTX qorumasın.

Bu cür bəyanatları necə dəyləndirmək olar? Artıq “Zəngəzur dəhlizi” ilə bağlı problemlər öz həllini tapa bilərmi?

Azərbaycanla Ermənistan arasında gedən prosesləri Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Ermənistanda daxili vəziyyət bir az səngiyəndən, Paşinyan etiraz dalğasından qurtarandan sonra siyasi iradə və prinsipiallıq nümayiş etdirsə, kommunikasiyalar açıla bilər”.

Rusiya, Çin, o cümlədən ABŞ, Avropa İttifaqının belə kommunikasiya xətlərinin açılmasında maraqlı olduqlarını vurğulayan politoloq bildirib ki, bununla bağlı dəstəklərini də açıq mətnlə ifadə ediblər:

Ermənistan baş nazirinin səsləndirdiyi bu bəyanatlar qulağa xoş gəlsə də, təəsüf ki, daim ziddiyyətlərlə dolu olur. Kommunikasiyaların sülh müqaviləsindən əvvəl açılması bəyanatı real məsələdir. Bildiyimiz kimi, “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı məsələ hələ 2020-ci ilin 10 noyabr bəyanatında öz əksini tapıb. Hələ o zaman sülh müqaviləsinin imzalanmasından söhbət belə getmirdi. Buna görə də, bu mümkün olan variantdır.

Zəngəzur dəhlizinin açılması tərəflər arasında etimad mühitini kifayət qədər yüksəldə bilər. Hətta bu Ermənistan tərəfindən atılan konstruktiv addım kimi qiymətləndirilə bilər. Təbii ki, Ermənistanın bunu etməsi siyasi iradə tələb edir. Əslində Paşinyan üç ildir bu məsələ üzərində manipulyasiya etsə də, artıq zaman daralmaqdadır.

Oktay Qasımov: “Ermənistanın bunu etməsi siyasi iradə tələb edir”.

“Zəngəzur dəhlizi”nin açılması yalnız Azərbaycan və Türkiyənin tələbi deyil. İlk növbədə Ermənistanın bu məsələ ilə bağlı öhdəliyi var. Digər tərəfdən, artıq qlobal güclər də “Zəngəzur dəhlizi”nin açıqlamasına maraqlarını ifadə ediblər. Rusiya, Çin, o cümlədən ABŞ, Avropa İttifaqı belə kommunikasiya xətlərinin açılmasında maraqlı olduqlarını ifadə ediblər. Bununla bağlı dəstəklərini də açıq mətnlə ifadə ediblər. Bu məsələ ilə bağlı Obrayenın da mövqeyi müsbətdir.

Hesab edirəm ki, Ermənistanda daxili vəziyyət bir az səngiyəndən, Paşinyan etiraz dalğasından qurtarandan sonra siyasi iradə və prinsipiallıq nümayiş etdirsə, kommunikasiyalar açıla bilər. Bu gün bu məsələ həm vacibdir, həm də realdır. Bu da Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar