Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevlaxda ər arvadını öldürüb, qohumunu yaralayıb - Yenilənib

Prokurorluq Yevlaxda bu gün baş verən qətl barədə məlumat yayıb.

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, fevralın 9-u saat 07 radələrində Yevlax rayonu, Hacıselli kənd sakinləri 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi və qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Elnarə Qarayevanın əri 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, qonşusu İldırım Qarayevə isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Yevlaxda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Yevlaxın Hacıselli kəndində qeydə alınıb. Kənd sakini Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızına odlu silahdan atəş açıb. Qadın yerindəcə keçinib. Hadisənin səbəbi hələlik məlum deyil.

Həyat yoldaşını qətlə yetirən Mehdi Qarayev, həmçinin qonşuluqda yaşayan və qohumluq əlaqəsi olan, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğluna atəş açaraq onu yaralayıb. Zirəddin Qarayev xəstəxanaya yerləşdirilib.

M.Qarayev saxlanılıb.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.

Məlumata görə, Mehdi Qarayev bir il əvvəl həyat yoldaşına balta ilə ağır xəsarətlər yetirib. O, bu əməli törətdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, bir müddətdən sonra azadlığa çıxıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay