Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MDB-nin xüsusi xidmət orqanları Birlik ölkələrinə girişdə terrorçuların müəyyən edilməsini müzakirə edəcəklər

MDB xüsusi xidmət orqanları rəhbərləri Astanada keçiriləcək iclasda Birlik ölkələrinə beynəlxalq terror təşkilatlarının üzvlərinin və radikalların girişinin aşkarlanmasında əməkdaşlığın gücləndirilməsi tədbirlərini müzakirə edəcəklər...

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.

“Oktyabrın 4-də Astanada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərlərinin Şurasının 55-ci iclasının keçirilməsi planlaşdırılır. Plenar iclasda şura üzvləri əsas diqqəti Birlik ölkələrinin xüsusi xidmət orqanlarının terrorçuluq və dini ekstremizmə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəldəcəklər”, – İƏM-dən bildirilib.

MDB-yə üzv dövlətlərə giriş-çıxış kanallarında beynəlxalq terror təşkilatlarının üzvlərinin və digər radikal elementlərin axtarışının təşkilində əməkdaşlığın gücləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanması, həmçinin cari ildə terrorçuluq və ekstremizmin digər təzahürlərinə qarşı mübarizə problemlərinin tədqiqi üzrə MDB-yə üzv dövlətlərin baza təşkilatının işinin yekunlarının çıxarılması və növbəti il üçün gələcək işin istiqamətlərinin müəyyən edilməsi planlaşdırılır”, – FTX-dən diqqətə çatdırılıb.

İclas iştirakçıları 2026-2028-ci illər üçün terrorçuluq və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramının layihəsini nəzərdən keçirəcəklər. Bundan əlavə, Şuranın əməliyyat-xidməti fəaliyyətinin konkret istiqamətləri üzrə işçi orqanlarının iclasları keçiriləcək.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay