Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

GDU-da “dosent” qalmaqalı qızışır - Səidə İsmayılzadənin “plagiat” elmi işi...

Gəncə Dövlət Universitetində Səidə İsmayılzadənin dosent keçirilməsi ətrafında aylardır ki, narazılıq səngimək bilmir...

AzFakt.com xəbər verir ki, Gəncə Dövlət Universitetində “Ümumi tarix” kafedrasının baş müəllimi Səidə İsmayılzadənin dosent təyinatı ətrafında narazılıqlar davam edir. Qeyd edək ki, may ayında mətbuatda yayılan məlumatda bildirilirdi ki, universitetin rektoru Yusif Yusibovun və prorektor Şahin Xurşudovun hesablayıcı komissiya üzvlərinə birbaşa təzyiqləri və düzməcə sənədlərin Ali Attestasiya Komissiyasına göndərilməsi nəticəsində Səidə İsmayılzadə dosent ola bilib.

Opponentləri bildirirlər ki, dosent elmi adına layiq görülən Səidə İsmayılzadə elmi işini ayrı-ayrı adamlara yazdırıb və dissertasiyadakı planlama uyğunsuzluğu da bunu açıq şəkildə göstərir. Digər tərəfdən GDU müəllimləri iddia edirlər ki, “Qıpçaqlar Qafqazda” adlı elmi işin böyük hissəsi plagiatdır.

GDU-dan aldığımız son məlumatlara görə, rektor Yusif Yusibovun və prorektor Şahin Xurşudovun verdikləri dəstək sayəsində Səidə İsmayılzadənin qanunsuz dosent elmi dərəcəsi alması ilə bağlı universitetdə hələ də mübahisə mövzusudur. Bununla bağlı Ali Attestasiya Komissiyasına və Elm və Təhsil Nazirliyinə şikayətlərin ünvanlandığı bildirilir.

Xatırladaq ki, belə qalmaqallar Gəncə Dövlət Universitetində tez-tez yaşanır.

Qeyd edək ki, bütün bu iddialarla bağlı GDU-rəhbərliyi ilə, xüsusən də prorektor Şahin Xudiyevlə əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu.

Məsələ ilə bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinin və Səidə İsmayılzadınin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay