Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada Türk Dövlətləri Təşkilatının təsis edilməsinin 15 illiyi qeyd olunur 

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü və TDT Əməkdaşlıq Günü qeyd olunur...

“Report”un Ankara bürosunun xəbərinə görə, bununla əlaqədar Ankarada “Türk əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri” adlı panel iclası keçirlir.

TDT Baş katibi Kubanbiçek Ömüralıyev iclasın açılışında çıxış edərək Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü və "Türk Dövlətlərinin Əməkdaşlıq Günü" münasibətilə təbrik çıxışını səsləndirib.

Tədirdə Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibinin müavini Sayit Yusif çıxış edəcəklər.

Paneldən sonra dövlət rəsmilərinin və diplomatik korpusun üzvlərinin iştirakı ilə ziyafət keçiriləcək.

Sabah isə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə TDT xarici işlər nazirlərinin müavinləri səviyyəsində Çoxtərəfli Siyasi Məsləhətləşmələrin ikinci iclası keçiriləcək. Türkiyənin ev sahibliyi ilə keçirilən tədbiri xarici işlər nazirinin müavini Nuh Yılmazın təmsil edəcəyi gözlənilir. Görüş zamanı 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək 11-ci TDT Sammitinə hazırlıq, TDT çərçivəsində sıx əməkdaşlığa dair gündəlikdəki məsələlər, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, təşkilatın institusional strukturu, regional və qlobal problemlər ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar