Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşar Nurinin xanımı “od püskürdü“: “Vilayət Eyvazova müraciət edəcəyəm”

“Çox səhlənkarlıq edirlər, mart ayının əvvəlindən bəri iş başlanılıb, amma ay yarımdır xəbər-ətər yoxdur. Əşyaları oğurlayan adam bəlkə də artıq onları atıb, ya da satıb...”

Bu sözləri Yenisabah.az-a mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

O, ötən ay aktyorun bağ evindən oğurlanan əşyaların hələ də tapılmadığını bildirib:

“İşin gedişi ilə mən də maraqlanıram, amma bir şey öyrənə bilmirəm. Harda ki, istintaq gedir ora zəng vururam, gah telefonu götürmürlər, gah düşə bilmirəm. Sahə müvəkkilinə birinci şikayət etdik, ondan sonra Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə getdik, daha sonra iş Sumqayıt Şəhər Baş Polis İdarəsinə verildi. Hazırda iş oradadır, cinayət işi də açılıb, amma mənə heç kim heç nə demir. Mən də lazım olan insanlarla əlaqə yaratmaq istəyirəm ki, heç olmasa bir nəfər yığıb maraqlansın, bilək ki, iş nə yerdədir. Müstəntiqi yığıram, gah cavab verir, gah vermir. Bilirsiniz, çox səhlənkarlıq edirlər, mart ayının əvvəlindən bəri iş başlanılıb, amma ay yarımdır xəbər-ətər yoxdur. Əşyaları oğurlayan adam bəlkə də artıq onları atıb, ya da satıb...”

Sənətçinin həyat yoldaşı qeyd edib ki, yaxın bir neçə gündə məsələnin müsbət həlli tapılmasa yuxarı instansiyalara müraciət ünvanlayacaq:

“Oğurluq yeni baş verəndə mənimlə çox maraqlanırdılar, tez-tez zəng edirdilər, amma son bir ayda mən onlarla əlaqə yarada bilmirəm. Yaşar Nuri tarixi şəxsiyyətdir, onun əşyaları tarixi əşyalar hesab olunur. Onlar hamısı muzey eksponatları idi. İnanın o qədər peşmanam ki, vaxtında bir neçə yerdən onun əşyalarını istədilər, amma mən vermədim. Bircə Teatr Muzeyinə vermişdim. Sonra Dövlət Arxivi mənə müraciət edib Yaşarın əşyalarını istədi, vermədim ki, qoy gözümün qabağında olsun. Çox peşmanam, vaxtında onlara versəydim, indi bu qədər əziyyət çəkməzdim. Baş Polis İdarəsinə də zəng vurdum. Dedim ki, birinci günə kimi bu məsələni araşdırın, əks halda Daxili işlər naziri Vilayət Eyvazova müraciət edəcəyəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar