Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yandex”in Azərbaycana qarşı təxribatı və yaxud ermənisayağı süni intellekt - Foto

YaGPT-yə ərazi bütövlüyü ilə bağlı suallar versəniz, bu məntiqsiz sistem, yumşaq desək, cəfəng cavablar verir...

“Runet”də bu dəfə YaGPT neyroşəbəkəsindən istifadə etməklə (“Yandex” tərəfindən “Alisa” virtual köməkçisinə inteqrasiya olunub) Azərbaycana qarşı növbəti təxribat aşkar olunub.

Bu barədə Media.Az məlumat verib.

YaGPT ilkin olaraq internet məlumatlarından istifadə etməklə mətnlər yarada bilən “şəbəkə” kimi təqdim edilib. Süni intellektin davamlı inkişafı dövründə məktəblilərə və ya yeni başlayan kopirayterlərə esse və reklam mətnlərinin yazılmasında bir növ köməkçi kimi xarakterizə olunub. Lakin əslində “intellekt”in ermənipərəst olduğu ortaya çıxıb.

YaGPT-yə ərazi bütövlüyü ilə bağlı suallar versəniz, bu məntiqsiz sistem, yumşaq desək, cəfəng cavablar verir.

Belə ki, “Ağdam haradadır?” sualına YaGPT belə cavab verir: “Ağdam tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın ərazisində yerləşən “Dağlıq Qarabağ” şəhəridir”.

Əgər bu “bəlalı köməkçi”dən Şuşanın harada yerləşdiyi soruşulsa, daha təfsilatlı və absurd cavab almaq mümkündür: “ŞuşaDağlıq Qarabağ Respublikasında” yerləşən Azərbaycan şəhəridir. 1994-cü ilə qədər Azərbaycan SSR-in bir hissəsi olan, sonra isə tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın tərkibinə daxil olan ərazidə yerləşir. Şəhər Böyük Qafqaz silsiləsinin ətəklərində yerləşir və “Dağlıq Qarabağ regionu”nun inzibati mərkəzidir”.

Layihə müəlliflərindən soruşmaq lazımdır ki, onlar və onların övladları hansı reallıqda yaşayırlar? Ola bilər ki, dənizdən-dənizə uzanan və ondan başqa da heç nəyi olmayan qondarma erməni mifik “Böyük Ermənistan”ında.

Son məhsulda əli olan uşaqların xəstə təxəyyülü birmənalı olaraq şübhə doğurmur. Lakin bununla belə bir sual açıq olaraq qalır: Belə bir təxribat məhz kim tərəfindən planlaşdırılıb?

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar