Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xudavəngin dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu

Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar.

PİA.az xəbər verir ki, din xadimləri monastrda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.

Azərbaycan Alban-udin xristian icmasının sədri Robert Mudili bildirib ki, bu yerlərə qayıtmağımıza görə şəhidlərimizə borcluyuq: "Kəlbəcər bizim üçün adi yer deyil, Kəlbəcərdə çoxlu sayda Alban məbədləri var. Biz bugün Xudavəng məbədinə gəlmişik. Biz burda Alban kilsəsinin dini varisləri kimi iştirak edirik, kilsədə dini ayinləri icra edirik".


Qeyd edək ki, Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub. Mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb. Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın aran və dağlıq vilayətinin "Rostok" adlı bölgəsinə aid idi. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edirdi. (Azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar