Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xameneyi İraq prezidentini danlayıb: “Hətta bir amerikalının İraqda olması belə...”

İran lideri hesab edir ki, İraq heç bir ABŞ əsgərinin öz ərazisində olmasına icazə verməməlidir...

İranın ali dini lideri Ayətullah Əli Xameneyi şənbə günü Tehranda rəsmi səfərdə olan İraq prezidenti Əbdül Lətif Rəşidə deyib ki, Birləşmiş Ştatlar etibarsız dostdur və İraq heç bir ABŞ əsgərinin öz ərazisində olmasına icazə verməməlidir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

İraqla güclü əlaqələri olan İran ABŞ-ın İraq və Körfəzdəki sərhədlərində hərbi mövcudluğuna qarşı çıxır və bildirir ki, Qərbin hərbi müdaxiləsi regiondakı sabitliyə köklü təhlükə yaradır.

“Amerikalılar İraqın dostu deyillər. Amerikalılar heç kimlə dost deyillər və hətta avropalı dostlarına belə sadiq deyillər”, deyə İran dövlət mediası Xamneyidən sitat gətirib.

“Hətta bir amerikalının İraqda olması belə, həddən artıq çoxdur”, deyə İranın Ali dini lideri iki qonşu arasında əlaqələri gücləndirmək üçün bir heyətlə Tehranda olan preizdent Rəşidə belə deyib.

Xəbərdə bildirilir ki, Rəşid isə cavabında “İraqın əsas səyi İranla münasibətləri dərinləşdirmək və iki ölkə arasında qalan bəzi məsələləri həll etməkdir”, deyərək İraq-ABŞ əlaqələrinə ümumiyyətlə toxumayıb.

Qeyd edək ki, ABŞ-ın İraqda 2014-cü ildə ölkə ərazisini ələ keçirmiş İslam Dövləti ilə mübarizədə yerli qoşunlara məsləhət və köməklik göstərmək üçün təxminən 2500 əsgəri var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar