Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə-Türkmənistan formatının yaradılması türk dünyasının gələcəyi üçün mühüm hadisədir

Azərbaycan-Türkiyə-Türkmənistan formatının yaradılması türk dünyasının gələcəyi üçün mühüm hadisədir...

Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə  əməkdaşlığın inkişafını prioritet istiqamət kimi qəbul edir.  Xalqlarımızı birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Bu ilin noyabrında  Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında “Türk dünyası böyük bir ailədir” söyləyən dövlət başçısı İlham Əliyev  bu çağırışı etdi ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika,  kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Ümumilikdə İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar fonunda türk dünyasının birliyi istiqamətində atılan addımlar, türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin genişlənməsi diqqətdən kənarda qalmır. Bunu cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərlərinin say tərkibi, imzalanan sənədlərin  əhatə dairəsinin genişləndirilməsi də təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu birlik amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malikdir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Azərbaycanın 2020-ci ildə tarixi Zəfərinin  yaratdığı  yeni reallıqlar kontekstindən yanaşan beynəlxalq ekspertlər bildirirlər ki, sənədin  reallaşdırılması həm iki ölkə arasındakı münasibətlərə, həm regional, həm də qlobal əməkdaşlığa veriləcək töhfələrin aydın mənzərəsini yaradır.”

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin  Türkmənistana işgüzar səfəri, səfər çərçivəsində Azərbaycan Prezidentinin Türkiyə və Türkmənistan prezidentləri ilə təkbətək, eyni zamanda, Azərbaycan, Türkiyə, Türkmənistan  dövlət başçılarının geniş və məhdud tərkibdə görüşləri əlaqələrin gələcək inkişafına xidmət edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi apararaq vahid mövqe ortaya qoyulmasına imkanlar yaratdı: “Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının  Üçtərəfli Zirvə Görüşünün keçirilməsi, əlaqələrin müxtəlif sahələr üzrə inkişafına yönələn 6 sənədin imzalanması ümumilikdə  türk dünyası üçün mühüm  hadisə kimi dəyərləndirilir.  Bu səfər Prezident İlham Əliyevin  2022-ci il ərzində Türkmənistana ikinci səfəridir. Bu mühüm məqamları da xüsusi qeyd etməliyik ki,  2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ötən ilin yanvarında isə  Xəzərdə əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə böyük töhfə kimi dəyərləndirilən  Azərbaycan  Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması da qlobal səviyyədə çox mühüm əhəmiyyət kəsb edir. Memoranduma Azərbaycanın 2020-ci ildə tarixi Zəfərinin  yaratdığı  yeni reallıqlar kontekstindən yanaşan beynəlxalq ekspertlər bildirirlər ki, sənədin  reallaşdırılması həm iki ölkə arasındakı münasibətlərə, həm regional, həm də qlobal əməkdaşlığa veriləcək töhfələrin aydın mənzərəsini yaradır.”

 “Azərbaycanın qardaş Türkiyə və Türkmənistanla ikitərəfli əlaqələri yüksək səviyyədədir. Bu baxımdan üçtərəfli formatda əməkdaşlığın yaradılması həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsində öz sözünü deyəcək” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  türkdilli dövlətlər  beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin  çıxışında vurğuladığı kimi, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar.

üçün möhkəm hüquqi baza olacaq. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulayan dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, belə görüşlər bundan sonra müntəzəm keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək. Zirvə Görüşünün  ölkələrimiz, bölgəmiz və bütün türk dünyası üçün xeyirli olmasını arzulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu inamı ifadə etdi ki, qardaşlıq bağlarımızla güclənən əlaqələrimiz sahib olduğumuz strateji üstünlüklər əsasında daha da genişlənəcək. Hədəfimiz qlobal və regional dinamika ilə birlikdə inkişaf edən yeni imkanları insanlarımızın rifahı və bölgəmizin sabitliyi naminə dəyərləndirməkdir. Qardaşlar olaraq əl-ələ verib həmrəylik içərisində hərəkət etdiyimiz bütün məsələlərdə  mütləq uğur qazanacağıq. Qarabağın 30 ilə yaxın işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir.”

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay