Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub...

Poliqon xəbər verir ki, “Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov dövlət başçısına müəssisə haqqında məlumat verdi.

Bildirildi ki, müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.

Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.

Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.

Bütün istehsal zamanı müasir avadanlıqlardan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətini daim nəzarətdə saxlanılması məqsədilə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya da fəaliyyət göstərəcək.

Layihə üzrə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub.

Prezident İlham Əliyev fabrikin təməlini qoydu.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar