Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kim Çen In nüvə silahından istifadə edəcəyini bəyan edib

Kim Çen In Şimali Koreyaya hücum ediləcəyi təqdirdə bütün mövcud silahlardan, o cümlədən nüvə silahından istifadə etməkdən çəkinməyəcək...

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun xüsusi təyinatlılarının təlim bazasına baş çəkib və burada keçirilən təlimləri müşahidə edib.

Poliqon xəbər verir ki, bu təlim bazasında Kim Çen In bəyan edib ki, Şimali Koreyaya hücum ediləcəyi təqdirdə bütün mövcud silahlardan, o cümlədən nüvə silahından istifadə etməkdən çəkinməyəcək.

Təlim oktyabrın 2-də baş tutub. KXDR lideri Cənubi Koreya prezidenti Yun Sok Yolu “kukla” adlandırıb və Cənubi Koreya hakimiyyəti ilə ABŞ arasında nüvə ittifaqını tənqid edib.

“Əgər ifrat axmaqlığa və ehtiyatsızlığa düşmüş düşmənlər bizim dəfələrlə etdiyimiz xəbərdarlıqlara məhəl qoymasalar və Cənubi Koreya və ABŞ-ın müttəfiqliyinə güvənərək, KXDR-in suverenliyini pozmaq üçün güc tətbiq etməyə çalışsalar, biz mərhəmət göstərməyəcəyik”, deyə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) Kim Çen Indan sitat gətitib.

Həmçinin Kim Çen In Şimali Koreya alimlərini “nüvə təhlükələrinə cavab verə bilmək” üçün nüvə materiallarının istehsalını artırmağa çağırıb.

Qeyd edək ki, oktyabrın 1-də Cənubi Koreya silahlı qüvvələrin yaranmasının 76-cı ildönümünü qeyd edib və bu münasibətlə Seulda genişmiqyaslı hərbi parad keçirilib. Prezident Yon Sok Yol söz verib ki, əgər Pxenyan ölkəsinə qarşı nüvə silahından istifadə etməyə cəhd etsə, Cənubi Koreya və ABŞ-ın cavabı “həlledici və heyrətləndirici” olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay