Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vivek Ramasvami prezidentlik yarışından geri çəkilib

Respublikaçı Vivek Ramasvami ABŞ prezidentliyi yarışından çəkildiyini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə France Press Agentliyi məlumat yayıb. Ramasvami qarşıdan gələn seçkilərdə keçmiş prezident Donald Trampı dəstəkləyəcəyini bildirib.

“Bundan sonra biz prezidentlik kampaniyasını dayandırırıq. Mənim növbəti prezident olmaq imkanım yoxdur”, deyə Ramasvami bildirib.

Qeyd edək ki, Vivek Ramasvami bu qərarı Trampın Respublikaçı namizədlərin Ayova ştatında keçirilən ilkin seçkisindən sonra səslərin əksəriyyətini toplamasından sonra verib.

Ramasvami artıq ABŞ-ın keçmiş prezidentinə zəng vurduğuna da bildirib.

“Mən Donald Trampa zəng edərək onu qələbəsi münasibətilə təbrik etdim və ona tam dəstəyim olduğunu bildirdim”, deyə iş adamı vurğulayıb.

Qeyd edək ki, dünən Ayova ştatında keçirilən Respublikaçı kokusunda prezidentliyə namizədin seçilməsi üçün ilk səsvermə keçirilib. İlkin nəticələrə görə, 80 mindən çox səsin hesablanmasından sonra cənab Tramp 50,8%, Florida qubernatoru Ron DeSantis - 21,3%, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli - 19,2%, Ramasvami - 7,6% səs toplayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar