Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vətənim Azərbaycandır!” layihəsi çərçivəsində şeir müsabiqəsi keçirilib

“Vətənim Azərbaycandır!” layihəsi çərçivəsində Şirvan məktəbliləri arasında şeir müsabiqəsi keçirilib...

Şirvan Şəhər İcra Hakimiyyətinin, “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 17 oktyabr 2022-ci il tarixdə Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə 8-12 yaşlı məktəblilər arasında “Vətənim Azərbaycandır!” layihəsi çərçivəsində şeir müsabiqəsi keçirilib.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqəni giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva açıb. Vətənin müqəddəsliyindən, vətənpərvəliyin ailələrdə, məktəblərdə təbliğinin vacibliyindən bəhs edib. Vətən müharibəsində şücaət göstərən gənclərin ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildirib.

Tədbirdə çıxış edən “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə Şöbənin müdiri Sənan Xəlilov, 21 nömrəli məktəbin direktoru Səadət Quliyeva, Şirvan Təhsil Sektorunun müdir əvəzi Fəzilə Mahmudova çıxış edərək, belə müsabiqələrin məktəblilərin bacarıqlarının üzə çıxarılmasında, bədii estetik zövqünün formalaşmasında və vətənpərvər ruhda yetişməsindəki rolundan danışıblar və iştirakçılara uğurlar arzulayıblar.
50 nəfərə yaxın məktəblinin iştirak etdiyi tədbirdə 5 nömrəli məktəbin şagirdi Ağazadə Ayla 1-ci yerə, 1 nömrəli məktəbibn şagirdi Qəfərli Əlişan 2-ci yerə, 9 nömrəli məktəbin şagirdi Ağacanova Aysun 3-cü yerə layiq görülüb. Qaliblər diplomlarla və hədiyyələrlə mükafatlandırılıb. 10 nəfərə həvəsləndirici hədiyyələr və sertifikatlar təqdim olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar