Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşlığa qəbul edilmiş şəxslərin andiçmə mərasimi olub - Foto

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş 325 şəxsin, həmçinin Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri olan 31 nəfərin Dövlət Miqrasiya Xidmətində (DMX) təntənəli andiçmə mərasimi keçirilib.

DMX-dən APA-ya verilən məlumata görə, Xidmət rəisi Vüsal Hüseynov iştirakçılara Azərbaycan vətəndaşlığına qəbul edilmələri münasibətilə təbriklərini çatdırıb, vətəndaşlıq hüququnun əhəmiyyətindən, üstünlüklərindən bəhs edib.

O bildirib ki, qalib vətəndaşı olmaq qürurvericidir.

Sonra vətəndaşlığa qəbul olunan 325 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq and içiblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Tədbirdən sonra Xidmət rəisi Vüsal Hüseynovun Azərbaycan vətəndaşlığına qəbul olunmuş şəhid və qazi ailələri ilə görüşü olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay