Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşlara DİN adından saxta SMS-lər gəlir

Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək, 100 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir...

SMS-də istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün "blok olunduğu" bildirilir.

Həmçinin "blokdan çıxmaq" üçün 100 manat cərimə ödənilməsi tələb edilir. Cərimənin ödənilməsi üçün isə E-pul.az ödəniş sistemində pul kisəsi ünvanı göstərilir.

"Cərimənin ödənilməsi tələbini nəzərə almadığınız halda cihazınızda olan bütün kontaktlara həmin insidentin təsviri və və cərimə barədə sizə məlumat vermələri xahişi ilə SMS göndəriləcək” şəklində yazılan şantaj mətnində cinayət işi başlanacağı barədə də hədə yer alır.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, bu cür dələduzluq halları bir neçə il əvvəl də müşahidə edilib:

“Həmin vaxt DİN tərəfindən müvafiq araşdırma aparılıb və bu əməli törədənlər ifşa edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılıblar. Əgər hazırda da belə hal varsa, rəsmi qaydada hüquq mühafizə orqanlarına müraciət edilsin və məsələ araşdırılacaq” – deyən E.Zahidov vətəndaşları diqqətli olmağa çağırıb.

“Report” məsələ ilə bağlı “E-pul” layihəsinin Müştəri Xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, bu, sadəcə müxtəlif brauzerlərdən yayılan virusdur və onun ödəniş sistemi ilə heç bir əlaqəsi yoxdur, qeyd olunan nömrəli pul kisəsi isə mövcud deyil və ona hansısa məbləğdə ödəniş həyata keçirmək mümkün deyil.

pia.az


Etiket: DİN dələduzluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar