Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vətəndaş cəmiyyəti institutları Azərbaycanın tərəfdaşıdır“


Əli Həsənov hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına münasibəti haqda


"Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatların ittihamlarına Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi əsl cavabdır.

 Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir. Bu siyasətin nəticəsidir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu belə uğurlar qazanıb".

"Trend"-in məlumatına görə, bunu bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) binasının açılışı ilə bağlı keçirilən mərasimdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, BAMF kimi uğur qazanan bir neçə təşkilatımız var. Qeyri-hökumət təşkilatlarımız, media orqanlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərirlər.

Prezidentin köməkçisi bildirib ki, bu gün Avropa İttifaqı və Avropa Parlamenti ilə səmərəli əməkdaşlıq edilir, bu əməkdaşlıqdan biri də vətəndaş cəmiyyəti institutlarına dəstək verilməsi sahəsindədir.

Ə.Həsənov deyib ki, BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir ki, Azərbaycanda səmərəli fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu gün BAMF kimi Azərbaycanda 3 500 təşkilat fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir: "Təməli Heydər Əiyev tərəfindən qoyulmuş vətəndaş cəmiyyəti quruculuğu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ən çox oxunanalar