Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuelada ABŞ-Rusiya qarşıdurması – İkinci Karib krizi başlayır?..

Ekspert: “Latın Amerikasında solçuların hakimiyyətdə olması Rusiyanın bu regionda güclənməsinə imkan yaradır. Vaşinqton bununla razılaşa bilməz”

Rusiya çalışır ki, Maduronı axıra kimi müdafiə etsin. Əsəd kimi, onun hakimiyyətdən getməsinin qarşısını alsın. Lakin Moskva Venesuelada Vaşinqtona məğlub olacaq”

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Venesuelaya Rusiyanın hərbi kontinget yollamasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, bu həftənin bazar ertəsi Rusiya Venesuelaya əsgər və hərbi avadanlıqlar daşıyan iki təyyarə göndərib. Rusiya mətbuatının verdiyi xəbərdə bildirilib ki, təyyarələr ölkənin Karakas yaxınlığındakı Simon Bolivar adına Mayketiya aeroportuna enib. Yerli mətbuat iki təyyarə ilə 99 rus hərbçisinin və 35 ton yükün gətirildiyini yazıb. Onların Venesuela təmsilçiləri ilə məsləhətləşmələr aparacağı bildirilib.

Hərbi mənbələr isə burada qeyri-adi heç nə olmadığını, bu prosesin illər öncə iki ölkə arasında imzalanan müqavilə çərçivəsində aparıldığını qeyd ediblər.

Hərbiçilərin Venesuelaya göndərilməsini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova bildirib ki, “Rusiya ilə Venesuela arasında 2001-ci ildə hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə var və hərbiçilər bu müqavilə çərçivəsində Venesuelaya gediblər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, Karakasa göndərilən hərbiçilər heç bir əməliyyatda iştirak etməyəcəklər”. Zaxarova onu da qeyd edib ki, Rusiya hərbçilərinin Venesuelaya göndərilməsi beynəlxalq qaydalara zidd deyil. Zaxarovanın sözlərinə görə, ABŞ-ın Venesuelada qanuni hakimiyyəti devirməyə cəhd eləməsi beynəlxalq qaydalara ziddir.

Rusiya hərbçilərinin Latın Amerikasına göndərilməsinə ən sərt reaksiyasını isə ABŞ prezidenti Donald Tramp verib. Tramp “Rusiya Venesuladan rədd olub getməlidir”, tvitini atıb. Tramp həmçinin vurğulayıb ki, rusları Venesueladan çıxarmaq üçün amerikan hökümətinin “bütün variantları” var.

Eyni zamanda ABŞ-ın vitse prezidenti Mayk PensRusiyadan Venesuelanı tərk etməyi tələb edib. Eyni tələblə Braziliya prezidenti Jair Bolsonaru da Rusiyaya qarşı çıxış edib.

ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abrams isə bildirib ki, Rusiya Venesuelaya qoyduğu sərmayəni geri qatara bilməyəcək: “Siz heç bier zaman pullarınızı geri ala bilməyəcəksiniz. Çünki Maduronun siyasəti Venesuela iqtisadiyyatını məhv edir”, deyə xüsusi nümayəndə Kremlə xəbardarlıq edib.

Xüsusi nümayəndə Eliot Abrams onu da qeyd edib ki, Rusiya hərbçilərinin Venesuelaya gəlməsini Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkovla müzakirə edib.

Daha əvvəl isə ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Bolton bildirmişdi ki, ABŞ Qərb yarımkürəsində demokratiya təhlükə olan xarici hərbi qüvvənin varlığına dözməyəcək.

Rusiya-Venesuela münasibətlərinə dair Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bəyanatında bildirib ki, Venesuelanın daxili işlərinə müdaxilə, xüsusilə hərbi müdaxilə təhlükəsinə dair Rusiya tərəfindən ABŞ-a kəskin xəbərdarlıq edilib. XİN rəsmisi vurğulayıb ki, Venesuela Rusiyanın dəstəklədiyi və dəstəkləməyə davam edəcəyi strateji tərəfdaşdır.

Rusiyalı senator Aleksey Puşkov isə Ağ Ev rəhbərinin rus hərbçilərinin Venesueladan çıxması gərəkdiyi ilə bağlı açıqlamasını şərh edərkən bildirib ki, rus əsgərlərinin Venesuelada olub-olmaması məsələsini ABŞ deyil, Venesuela hökuməti müəyyən edir. O, açıqlamasında “Venesuela ABŞ-ın 51-ci ştatı deyil”, - deyə qeyd edib.

Göründüyü kimi, bütün bu sərt reaksiyalara baxmayaraq, Rusiya Venesuelada özünün hərbi varlığını gücləndirməkdədir. Kremlin sözçüsü Dmitri Peskovun da məsələ ilə bağlı verdiyi şərhdən görünür ki, Rusiya Suriyada olduğu kimi Venesuela böhranına da hərbi müdaxilə etməkdən çəkinməyəcək.

Qeyd edək ki, Rusiya Karib böhranından sonra ilk dəfədir ki, Latın Amerikasında hərbi cəhətdən möhkəmlənir.

Rusiyanın Venesuelada hərbi varlığı 2-ci Karib krizinə yol aça bilərmi? Ümumiyyətlə, Venesuela böhranı uzun müddət davam edərsə, hansı beynəlxalq böhranların yaranmasına səbəb ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, Venesuelada proseslər həlledici mərhələyə qədəm qoyur. Vətəndaş müharibəsi də baş verə bilər”.

Venesuelada Maduro rejimi yıxıldığı halda Səudiyyə Əərbistanını da öz nüfuz dairısində saxlayan Vaşinqton neft qiymətlərinə birbaşa nəzarət edəcəyini və Rusiyanın neft bazarında söz sahibi olmaq imkanlarını itirəcəyini vurğulayan politoloq Məhəmməd Əsədullazadəyə görə, Maduronın devrilməsi neft qiymətlərinə də ciddi təsir edəcək:

“Venesuela probleminin ortaya çıxması Latın Amerikası ölkələrində ABŞ-ın təsir gücünün artmasına hesablanıb. Qeyd edim ki, Donald Tramp seçki öncəsi də ABŞ-ın Yaxın Şərq və digər regionlardan çəkilərək, Latın Amerikasında mövqeyinin güclənməsinə gətirəcəyini vurğulayırdı. Çünki ABŞ-ın nüfuz dairəsi olan Latın Amerikasında solçuların hakimiyyətdə olması Rusiyanın bu regionda güclənməsinə imkan yaradır. Vaşinqton bununla razılaşa bilməz.

Venesuela zəngin neft yataqlarına malik ölkədir. Burada neftə tam nəzarət dünya birjasında neft qiymətlərinə təsir üçün rıçaq əldə etmək deməkdir.

Solçu Maduro hakimiyyəti ilə Vaşinqton əzəli düşməndir. Vaşinqtonun əsas strategiyası Venesuelada müxalifətçi parlamentin spikeri Xuan Quadinonu hakmiyyətə gətirib, buradan Rusiyanı və Çini çıxarmaqla, ölkə üzərində nəzarəti ələ almaqdır. Yəni Maduro rejimi yıxıldığı halda Səudiyyə Əərbistanını da öz nüfuz dairısində saxlayan Vaşinqton neft qiymətlərinə birbaşa nəzarət edəcək.

Hazırda Venesuelada iki hakimiyyətlik formalaşıb və neft aktivlərinin əsas hissəsi Qərb ölkələrinin tanıdığı müxalif prezident Xuan Quadinonun əlində toplanmaqdadır. Bu isə Maduronu siyasi, iqtisadi və sosial cəhətdən həddən artıq ağır vəziyyətə salıb. Maduronun hakimiyyətdən getməsi isə Rusiyanın neft bazarına olan nəzarətinin tamamilə itirilməsi deməkdir. Buna görə də Rusiya çalışır ki, Maduronu axıra kimi müdafiə etsin. Bəşər Əsəd kimi, onun hakimiyyətdən getməsinin qarşısını alsın.

Məhəmməd Əsədullazadə: “Maduro rejimi yıxıldığı halda Səudiyyə Əərbistanını da öz nüfuz dairısində saxlayan Vaşinqton neft qiymətlərinə birbaşa nəzarət edəcək”.

Lakin bütün hallarda Moskva Venesuelada Vaşinqtona məğlub olacaq. Çünki həm Venesuela Rusiyadan çox uzaqdır, həm də ABŞ özünün arxa baxçası olaraq gördüyü Latın Amerikasında Rusiyanın hərbi bazaya sahib olmasına heç bir zaman imkan verə bilməz. Buna görə Vaşinqton hətta Rusiyaya qarşı müharibə də başlada bilər.

Hazırda Rusiya Maduronı qorumaq üçün xüsusi təyinatlı birləşmələri Karakasa göndərib. Hərbçiləri bura yerləşdirməklə Vaşinqtonun siyasətinə əks mövqe ortaya qoyur. Çox ciddi qlobal problem ortaya çıxıb.

Bu gedişatın ötən əsrin 60-cı illərin Karib böhranına gətirə biləcəyini də istisna etmirəm. Amma Kubadan fərqli olaraq Venesuelada xalq Maduroya qarşıdır. İqtisadi defolt yaşanır, zəruri ərzaq malları çatışmır. Quadio xalqa demokratiya vəd edir.

Hesab edirəm ki, Venesuelada proseslər həlledici mərhələyə qədəm qoyur. Vətəndaş müharibəsi də baş verə bilər. ABŞ Suriyada olduğu kimi, Venesuelanı da Moskvaya qəti güzəştə getməyəcək. Xalq mütləq şəkildə Maduranı devirəcək”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar