Ukrayna Silahlı Qüvvələri ABŞ, Böyük Britaniya və Polşanın xüsusi xidmət orqanlarının iştirakı ilə Kursk vilayətinə hücuma hazırlayıb...
Poliqon xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu “İzvestiya” qəzetinə məlumatat verib. Kəşfiyyat Xidmətinin məlumatına görə, Rusiya regionuna hücumda iştirak edən bölmələr Britaniya və Almaniyadakı təlim mərkəzlərində döyüş koordinasiyasından keçib.
“NATO ölkələrinin hərbi məsləhətçiləri Rusiya ərazisini işğal etmiş Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin idarə olunmasında və ukraynalıların Qərb silah və hərbi texnikasından istifadəsində yardım göstərirlər. Alyans ölkələri həmçinin Ukrayna hərbçilərinə Rusiya qoşunlarının əməliyyat bölgəsində yerləşdirilməsi ilə bağlı peyk kəşfiyyat məlumatlarını təqdim edirlər”, deyə qəzet Rusiya XKX mətbuat bürosunun hesabatından sitat gətirir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətinin sərhəd rayonlarına hücum edib. O vaxtdan bəri bölgədə döyüşlər davam edir. Avqustun 12-də Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Döyüşlər zamanı 121 mindən çox insan sərhəd yaşayış məntəqələrindən çıxarılıb.
Poliqon.info