Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkilləri Xədicə İsmayılın istintaq materialları ilə hələ tanış olmayıblar


Fariz Namazlı: “Ölkədə deyilik, gələn kimi tanış olacağıq”


Jurnalistin üzərindən “Tural Mustafayev məsələsi”ni götürmədilər 

Xəbər verdiyimiz kimi, həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın istintaqı yekunlaşıb. 

İyunun 23-dən etibarən jurnalist və vəkilləri istintaq materialları ilə tanış olmalı idi. Amma jurnalistin vəkili Fariz Namazlı musavat.com-a açıqlamasında bildirdi ki, nə özü, nə də jurnalistin digər vəkili Fəxrəddin Mehdiyev istintaq materialları ilə tanış olub. Vəkillər ölkədə olmadıqlarından sənədlərlə tanışlıq baş tutmayıb. F.Namazlı gələn həftə həm jurnalistin yanına gedəcək, həm də materiallarla tanışlıq imkanı əldə edəcək. 

Son durum isə ondan ibarətdir ki, X.İsmayıla qarşı irəli sürülən Cinayət Məcəlləsinin 284.2. (dövlət sirrini yayma) maddəsinə xitam verilsə də, qalan maddələr qüvvədə saxlanılıb. Tural Mustafayev təzyiqlər nəticəsində ifadə verdiyini ictimaiyyətə açıqlasa da və vəkilləri vəsatət qaldırsa da, bu, qəbul edilməyib. İstintaq məsələnin məhkəməyə göndərilməli olduğunu və məhkəmənin hüquqi qiymət verməli olduğunu bildirib. 

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
 
Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.
 
Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.
 
Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti ilə əlaqələndirərək rədd edib. Beynəlxalq Amnistiya Təşkilatı jurnalisti "vicdan məhbusu" elan edib.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Ən çox oxunanalar