Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbovun şəkilləri Naxçıvandan yığışdırıldı

Naxçıvan Muxtar Respublikasındakı bütün idarə və müəssisələrdən - büdcə təşkilatlarından Ali Məclisin keçmiş sədri Vasif Talıbovun şəkilləri yığışdırılıb...

PİA.az xəbər verir ki, bu barədə Modern.az-a Naxçıvandakı dövlət təşkilatının adının çəkilməsini istəməyən vəzifəli şəxsi məlumat verib.

Bildirilib ki, bu haqda tapşırığı Naxçıvan MR-in yeni rəhbərliyi verib. Bununla bağlı müvafiq tapşırıqların artıq icra olduğunu vurğulanıb.

Qeyd edilir ki, bu yaxınlara kimi Naxçıvandakı idarə və müəssiələrdə ulu öndər Heydər ƏliyevPrezident İlham Əliyevlə yanaşı, Vasif Talıbovun da şəkilləri asılırdı.

“Artıq heç bir qurumda Ali Məclisin keçmiş sədrinin şəkillərinə rast gəlinmir”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Vasif Talıbov 2022-ci il dekabrın 21-də Ali Məclis sədri postundan istefa verib.

Naxçıvan MR Ali Məclisinin həmin gün keçirilən iclasında V.Talıbovun istefası ilə bağlı qərar rəsmən təsdiqlənib.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışırdı.

22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

28 dekabr 2022-ci il tarixində isə polis polkovniki Süleyman Neymətov Naxçıvan MR daxili işlər naziri təyin olunub.

Onların hər ikisi əslən naxçıvanlıdırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar