Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqner” qrupunda Ukraynada döyüşən Salyan sakini həlak olub

25 il həbs cəzası almış biznesmenin kədərli sonu...

“Vaqner” silahlı qruplaşması tərkibində Ukrayna müharibəsində döyüşən Salyan sakini Azər Qurbanov Donetskdə döyüş zamanı həlak olub.

Azpost.info bildirir ki, bu barədə Salyanda yaşayan hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Salyan rayonunun Qarabağlı kəndindən olan iş adamı Azər Təbriz oğlu Qurbanov 10 il əvvəl Perm vilayətinin Berezniki rayonunda ağır cinayət törətdiyi üçün 25 il müddətinə azadlıqdan məhrum edilib.

41 yaşlı, 2 azyaşlı uşağı olan A.Qurbanov Rusiya vətəndaşı olub.

Bu ilin yanvar ayında Azər Qurbanov həbsxanadan buraxılaraq Ukrayna ilə müharibəyə göndərilib. Fevral ayının 9-da o Donetskdə döyüş zamanı 18 nəfərlə birlikdə həlak olub. Amma ərazi neytral olduğu üçün cəsədləri götürə bilməyiblər. Yalnız may ayının 4-də onun cəsədi ruslar tərəfindən aşkar edilərək doğulduğu kəndə göndərilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar