Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqner” qıyamından sonra Rusiya elitası – Kim uduzdu, kim uddu?..

Yevgeni Priqojinin Şoyqu və Gerasimova və daha sonra Putinə qarşı üsyanından sonra Rusiya elitasnda uduş vəziyyətində olanlar kimlərdir?..

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, “Vaqner” qıyamından ən çox ziyan görən Şoyqunun qruplaşmasıdır. Qiyamdan nisbətən daha çox qazanan tərəf isə Kovalçukun qrupu görünür. Çünki Şoyqunun sıradan çıxarılması Kovalçukun daha çox güclənməsinə yol açacaq.

- Şoyqunun qrupu dağılmaq ərəfəsindədir, Sergey Kujugetoviçin özü isə rüsvayçılıq içərisindədir və çox güman ki, istefa verəcək. Söhbət heç də Priqojinin onun istefasını tələb etməsindən getmir. Əvvalai, Şoyqu ÖHŞ-nin rəhbəri ilə münaqişəni üsyana gətirib çıxardı. İkincisi, kritik anda ordu qiyamçıların qarşısını almağa hazır olmadı. Üçüncüsü, Şoyqu lazım olanda özünü göstərə bilmədi və bu onun nə qədər zəif şəxsiyyət olduğunu ortaya qoydu.

- Rotenberq qrupu Yevgeni Priqojinin keçmiş biznes tərəfdaşı kimi diqqət çəkir və bu onların mövqelərini zəiflədir. Hamı başa düşür ki, üsyan onların günahı deyil, lakin Priqojinlə keçmiş yaxınlıqları Rotenberqlərə heç bir üstünlük vermir.

- Zolotov-Kadırov qrupu da bğyük ehtimalla gözdən düşüblər. Milli Qvardiya Moskvaya doğru yönələn “Vaqner” karvanını dayandırmağa açıq şəkildə hazır deyildi. Çeçen dəstələri isə heç bir yerə vaxtında çata bilmədi. Nə Rostova, nə də Moskvaya...

- Nikolay Patruşevin rəhbərlik etdiyi güc strukturları daha çox uğurlu görünür. Patruşevin Aleksandr Lukaşenko ilə yaxınlaşması öz bəhrəsini verir.

- Sobyaninin qrupu kiçik bir üstünlükdə görünür. Mer kritik vəziyyətdə hər şeyi düzgün etdi.

- Çemezovun dəstəsi qazancdadır. Onlar bu yaxınlarda Şoyqu ilə barışsalar da, müdafiə nazirinin mümkün istefası Hərbi Sənaye Kompleksinin aparıcı operatorunun əlində oynayır.

- Kovalçuk qrupu Şoyqunun istefasından yararlanacaq olan əsas klan kimi ən çox qazanclı görünən tərəfdir. Kovalçukun bundan sonra Putinə daha çox nüfuz etmək imkanlarının artacağı ehtimal olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar