Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?

Rüşvət almaqda şübhəli bilinərək 2 il öncə həbs edilmiş general-polkovnik Vaqif Axundovun bacısı oğlu Vüsal Babayevlə bağlı hökmün detalları bəlli olub...

PİA.az-ın məlumatına görə, V.Babayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il şərti cəza alaraq azadlıqda qalıb.

Hökm bir müddət əvvəl çıxarılsa da, məlumat ictimaiyyətdən gizli saxlanılıb.

Belə ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunmuş, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı. Məhkəməsi dövründə o, ev dustaqlığında olmuşdu. Hökmdən sonra isə üzərindəki ev dustaqlığı da ləğv edilib və 8 il şərti cəza alıb.

Qeyd edək ki, V.Babayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi olub. O, sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Barəsində cinayət işi başlandıqdan sonra işdən azad edilib. Onun dayısı Vaqif Axundov isə general-polkovnikdir. O, 2003-2020-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi olub.(Qafqazinfo)

pia.az

 

 


Etiket: Vaqif Axundov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar