Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Unun qiymətinin düşməsi çörəyin qiymətinə niyə təsir etmədi? - Şərh

Bəzi çörək və un məhsullarının qiyməti hələ də qalxmaqda davam edir...

Azad İstehlakçılar Birliyinin sədri: “Çörəyin bazar seqmenti ilk baxışda liberal görünsə də, sosial çörək istehsalçıları ayrı bir kateqoriya olaraq basqı altındadırlar”.

“Unun qiymətinin endirilməsi çörəyin qiymətinə çox az təsir edir”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çörəyin qiymətinin düşməməsi səbəblərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Unun qiymətinin düşməsinə baxmayaraq Azərbaycanda çörək və un məhsullarının qiymətinə bu təsir etmir. Hətta bəzi çörək və un məhsullarının qiymətləri qalxmaqda davam edir. Digər tərəfdən çörəyin çəkisində də ciddi problemlər var.

Bəs Azərbaycan dövlət qurumlarının bu sahəyə nəzarətini necə qiymətləndirmək olar?

Mövzunu Poliqon.info-un əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Çörək istehlakçıları basqıya dözməyib mümkün qədər çörəyin çəkisini aşağı salır, nəmliyini də artırırlar”.

Artıq sosial çörək istehlakçılarının qırmızı xəttin üzərində olduğunu vurğulayan Eyyub Hüseynov Poliqon-a bildirib ki, ya onlar oradan yıxılacaqlar, ya da qiyməti sərbəst olan çörəyə keçəcəklər. Hansı ki, biz indi də marketlərdə 1 manat 50 qəpiyə, 2 manata çörək görürük:

“Unun qiymətinin endirilməsi çörəyin qiymətinə çox az təsir edir. Biz bilməliyik ki, Azərbaycanda qalxan qiymət bir daha enmir. Bu çörəyin qiymətinə də aiddir.
Əslində çörəyin qiyməti sərbəstdir. Kim neçəyə istəsə, çörəyi sata bilər. Lakin azad bazar iqtisadiyyatına zidd olaraq dövlət orqanları sosial və yaxud zavod çörəklərinin qiymətinə nəzarət edirlər. Həmin çörək istehlakçılarına dövlət tərəfindən böyük basqı var. Əlbəttə, Azad İstehlakçılar Birliyi bunun tərəfdarı deyil.

Dövlət qurumlarının vəzifəsi odur ki, bazarda mövcud olan müəyyən inhisarçılığı yox etsin. Eyni zamanda dövlət orqanları bazara daha çox sosial çörək istehlakçılarının daxil olmasına şərait yaratmalıdır. Beləliklə də, çörəyin keyfiyyəti qalxa, qiyməti də aşağı düşə bilər. Lakin təəsüflər olsun ki, dövlət orqanları administrativ riçarqlardan istifadə edərək həmin sosial çörək istehlakçılarına basqı göstərirlər. Onları məcbur edirlər ki, qiyməti sərbəst saxlasınlar.

Sosial çörək istehlakçıları da basqıya dözməyib mümkün qədər çörəyin çəkisini aşağı salır, nəmliyini də artırırlar. Beləliklə də, çəkinir sabit saxlamaq üçün keyfiyyəti aşağı salırlar. Bu da istehlakçıların süfrəsinə gələn çörəkdə öz mənfi izlərini qoyur. Belə olmasın deyə, hökumət sosial çörək istehlakçılarına basqını aradan qaldırılmalıdır. Artıq sosial çörək istehlakçıları qırmızı xəttin üzərindədirlər. Ya onlar oradan yıxılacaqlar, ya da qiyməti sərbəst olan çörəyə keçəcəklər. Hansı ki, biz indi də 1 manat 50 qəpiyə, 2 manata çörək görürük.

Eyyub Hüseynov: “Hökumətin basqısı altında onların çörəyin qiymətini aşağı salmaq fikrində deyillər”.

Qeyd edim ki, hər bir çörəyin istehsalında müəyyən texniki şərtlər və ya standartlar tələb olunur. Lakin bu standartların hamısı könüllüdür. Kim necə istəsə o standartı tətbiq edə bilər. Onu təsdiq etmdirəsə də, qanunlar həddindən artıq biznes qurumun xeyirinə, istehlakçıların isə zərərinədir. Ölkədə standart institutları mövcud olduğu halda, onları əlləri-qolları bağlı orada oturublar və aylıq maaşlarını alırlar. Onlar standart hazırlayırlar yayırlar, lakin o standartlara baxılıb-baxılmaması ayrı məsələdir.

Çörəyin bazar seqmenti ilk baxışda liberal görünsə də, sosial çörək istehlakçılarının ayrı bir kateqoriya olaraq basqı altındadırlar. Hökumətin basqısı altında da, onların çörəyin qiymətini aşağı salmaq fikrində deyillər. Buna görə də mütləq olaraq qanunlarda dəyişikliklər aparılmalıdır. istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna yenidən baxılmalıdır. 1995-ci ildə qəbul olunmuş qanun artıq köhnəlib. Qanunu icra etməli olan dövlət orqanları demək olar ki, onu icra etmir. Bəzi malların standart məcbur olmalıdır. Nazirlər Kabinetinin 343 saylı qərarı 19 May 2021-ci ildə ləğv olundu. Düşünürəm ki, çörək məcbur sertifikatlaşdırılan mallar sırasına daxil olmalıdır. Bununla da standartlara uyğun çörək istehsalına keçirilməlidir”.

Nərminə UMUDLU
Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar