Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Rusiya üçün niyə ikinci Əfqanıstan olmayacaq?

Siyasi analitik Nazim Cəfərsoy Rusiya ilə Ukrayna arasındakı müharibəni şərh edib.

AzToday.az xəbər verir ki, analitik Ukraynadakı müharibənin uzanmasının Qərb ölkələrinin maraqlarına cavab vermədiyi fikrindədir.

Onun sözlərinə görə, aşağıdakı şərtlər səbəbindən Ukraynanın Rusiya üçün Əfqanıstana çevrilməsi ehtimalı aşağıdır:

– Ukraynada biri Avropanın ən böyüyü olmaq (dünyada da 6-cı) üzrə 5 AES ve toplam 20-nin üzərindən nüvə və radiasiya potansialı olan obyekt var. Bu cur bir yerdə uzun müddətli müharibə hər mənada Ukrayna, Avropa və dünya üçün fəlakət olar. Çünki təhlükəsizliyi təmin etmək mümkünsüz olacaq.

– Ukrayna müharibəyə lojistik dəstək verən Avropanın iqtisadi təhlükəsizliyinin ana damarları olan Rusiya enerjisinin keçdiyi ölkədir. Bu enerji xətləri həm də qlobal iqtisadi sistemin həyati maddəsi olan dünyadakı enerjinin mühüm strateji payını təşkil edir və mövcud strateji mənzərədə orta və hətta bəlkə də uzun muddətdə başqa şeylə əvəzlənəməyəcək kimi görünür. Ukraynada uzun müddətli bir savaş bu xətlərin təhlükəsizliyini mümkünsüz edəcək.

– Ukrayna və Rusiya dünya taxıl ixracatının təxminən 25-30 faizini (FAO- 2021) istehsal edir. Uzun müddətli muharibə Ukraynada taxıl əkinini yox edəcək, Rusiyada isə ixracatını ciddi formada məhdudlaşdıracaq. Bunun dünya qida bazarında çox dağıdıcı təsiri olacaq. Üstəlik qlobal quraqlıq ğünümüzdəki 10 il ərzində getdikcə ən mühüm strateji problemlərdən birinə çevrilir. Həyati bir məsələ olan qidada durum belə ikən bunu hansı böyük ölkə istəyəcək?

– Ukraynada uzun müharibə Avropa Birliyi üçün ən az 5-10 milyon məcburi köçkün deməkdir. Qərbin çox böyük iqtisadi, mədəni və təhlükəsizlik maliyyəti və təlatüm gətirəcək bu böyük axına razı olacağını düşünmürəm. Üstəlik Qərb Çinlə qlobal mübarizəyə hazırlanırkən bu böyük bir problem olacaq!

Avropada uzun müddətli və xristianlar arasında müharibə Qərb üçün mədəni və psixoloji baxımdan qəbullanılmasi çox çətin məsələdir. İki dünya müharibəsi yaşamış və bu uzun müddətli müharibənin üçüncüsü üçün yetərincə real təhlükə yaratdığı bir mühitdə Qərb bir şəkildə qarşılıqlı razılaşmaya getməyi arzu edəcək. Rusiya da bir nöqtədən sonra rasional reaksiya verəcək…

– Müşahidəmə görə, Rusya bu müharibəni hərbi strateji baxımdan məğlub olduğu Əfqanıstan vəya ilk Çeçenistan müharibəsi kimi aparmır. Bu müharibədə Rus ordusu öz Suriya təcrübəsi ilə yanaşı Türk ordusunun Suriya əməliyyatları və hətta Azərbaycan ordusunun Qarabağ müharibəsi təcrübəsindən də öyrəndiyi strateji və taktikaları da geniş istifadə edir.

– Ukrayna dövləti də ölkənin Əfqanıstana çevrilməsinin xalq və dövlət üçün çox böyük bir maliyyət olacağını düşünərək bir nöqtədə uzlaşmaya çalışacaq.

Rusiyanın qısa müddətdə Ukrayndakı məqsədlərinə çatmaması ilə bağlı fikirlərə münasibət bildirən Nazim Cəfərsoy hesab edir ki, müharibənin uzanmasının obyektiv səbəbləri daha çoxdur:

“Dünyanın 22-ci ordusunu heç bir ordu konvansional müharibə ilə bu qədər qısa müddətdə məğlub edə bilməz. Üstəlik, bu ordu Avropanın ən böyük ölkəsində oz vətəni üçün mübarizə aparan, sovet dövründə də böyük sərkərdələri yetişdirəcək hərbi ənənəsi, tarixində partizan müharibəsi ənənəsi olan xalq, müasir silahları da pis olmayan və 7 ildir müəyyən hazırlığı olan bir ordudur. Başqa tərəfdən isə hər iki ordu bənzər tarixi və etnik köklərdən bəslənirlərsə, bir-birini yaxşı tanıdıqları üçün bu daha da çətindir. Dünyanın ən böyük hərbi gücü ABŞ öncə böyük bir zərbə vurup, 12 il də embarqo qoyaraq zəiflətdiyi, bir hissəsini satın aldığı və özü ilə müqayisədə Rusiya-Ukrayna bənzəri güc nisbətinə malik İraq ordusunu təxminən 40 gündə məğlub edə bildi…”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar