Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna müharibəsinin yeni dönəmi başlayır - Pentaqon artıq Rusiyadan qprxmur...

The Times: Pentaqon gizlicə Ukraynaya Rusiya ərazilərinə zərbə endirmək üçün icazə verib...

ABŞ Ukraynanın Rusiya ərazisilərin etdiyi hücumları üstüörtülü şəkildə dəstəkləyib.

PİA.az xəbər verir ki, bu barədə “The Times” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, əvvəllər Vaşinqton Kiyevə verilən Amerika silahları ilə Rusiya ərazisinə zərbə endirməyi qadağan edirdi və bu Vaşinqtonun Ukrayna müharibəsində əsas strategiyası idi. The Times bildirir ki, Moskva Ukraynanın kritik infrastrukturunu atəşə tutmağa başlayandan sonra ABŞ öz yanaşmasına yenidən baxıb.

Xatırladaq ki, Rusiya ordusu oktyabr ayından Ukraynanın enerji infrastrukturuna zərbələr endirir. Ukrayna şəhərləri kütləvi atəşə məruz qalır, nəticədə ölkə sakinləri elektrik enerjisi, istilik, su və rabitəsiz qalıb. Rusiya prezidenti Vladimir Putin zərbələri Ukraynanın Krım körpüsünü partlatması ilə əlaqələndirib.

Qəzetin Pentaqondakı mənbəsinin sözlərinə görə, indi Vaşinqton Rusiya və Ukrayna arasında hərbi münaqişənin lap əvvəlində olan vəziyyətlə müqayisədə münaqişənin genişlənməsindən və eskalasiyanın daha da artmasından getdikcə daha az qorxur:
“İndi hər şey fərqlidir. Müharibənin eskalasiyası ilə bağlı hesablamalar ukraynalıların ruslar tərəfindən qarşılaşdıqları vəhşilik və əzablar nəticəsində dəyişib”, deyə mənbə bildirib.

Eyni zamanda mənbə vurğulayıb ki, ABŞ qarşıdurmanın nə qədər uzağa gedə biləcəyini nəzərə alır.

“Biz Kiyevə “Rusları Rusiyada və ya Krımda vurmayın” demirik. Biz ukraynalılara nə edəcəklərini deyə bilmərik. Silahlardan necə istifadə etmələri onların öz işidir”, deyə mənbə vurğulayıb.

Mənbə qeyd edib ki, Vaşinqton yalnız Ukrayna ordusunun beynəlxalq müharibə qanunlarına və Cenevrə konvensiyalarına əməl etməsində, həmçinin Amerika silahlarının köməyi ilə konkret şəxsləri məhv etməməsində təkid edir. “Bunlar yeganə məhdudiyyətlərdir. Hər kəs üçün yaxşı olan budur ki, ukraynalılar mümkün qədər tez qalib gəlsin”, deyə mənbə əlavə edib.

Bundan əlavə, mənbə bildirib ki, Pentaqon rəsmiləri Kiyevin Rusiya və Krıma qarşı daha təsirli zərbələr endirmək üçün istifadə oluna biləcək raketlər və qırıcı-bombardmançı təyyarələr kimi daha uzun mənzilli silahlarla bağlı tələblərinə daha ciddi yanaşıblar.

Xüsusilə, Ukrayna daha əvvəl dəfələrlə HIMARS reaktiv yaylım atəş sistemi üçün ATACMS ballistik raketlərinin tədarükü üçün müraciət etmişdi. Onların köməyi ilə 300 km-ə qədər məsafəyə zərbə endirmək mümkün olacaq. (Bu halda Rusiya ərazisinin məhvetmə zonası genişlənəcək və Rostov, Voronej və Lipetsk vilayətləri, Krasnodar diyarı, eləcə də Krım potensial hücumlara məruz qalacaq). Ukrayna həmçinin təxminən 400 km uçuş məsafəsinə malik Amerikanın MQ-1C Grey Eagle pilotsuz təyyarəsini də almaq istəyir.

Pentaqonun keçmiş siyasət mütəxəssisi Erik Edelmanın fikrincə, daha təkmil və dəqiq silahların çatdırılmasında gecikmə indiki şəraitdə qəbuledilməzdir: “Administrasiyaya görə müharibənin daha artıq genişlənməsi ehtimalı illüziyadır. Ona görə də ABŞ Ukraynanın tezliklə qalib gəlməsini və müharibənin bitməsini təmin etməlidir”.

“Ukraynalıların mümkün qədər tez qələbə qazanması bütün tərəflər üçün daha yaxşı olardı. Buna görə də onlara ATACMS və” Boz Qartallar” vermək, eləcə də bir sıra əsas döyüş texnikalarının və tankların Ukraynaya verilməsi məntiqlidi”, deyə Edelman bildirib.

“Politico” qəzeti isə dörd mənbəyə istinadən yazır ki, mart ayında, yəni hərbi münaqişənin başlamasından bir ay sonra ABŞ Hərbi Hava Qüvvələri də köhnə “Reaper” pilotsuz təyyarələrini Ukraynaya göndərmək istəyib. Bununla belə, Pentaqon pilotsuz təyyarələrin vurulması halında gizli texnologiyanın Rusiyanın əlinə keçə biləcəyindən ehtiyat etdiyi üçün pilotsuz təyyarələrin təhvil verilməsini dayandırıb. Mənbələrin sözlərinə görə, bu mövqe Ukrayna rəsmilərini məyus edib, çünki onlar yalnız Ukraynadakı Rusiya hədəflərini vuracaqlarını vəd ediblər.

“Dronların tədarükü ilə bağlı danışıqlar artilleriya və ya raket sistemləri kimi hər hansı digər silahlarla müqayisədə daha uzun müddət davam edir”, deyə Politico yazır.

Bununla belə, Müdafiə Nazirliyindəki və pilotsuz təyyarələrin istehsalı sənayesindəki mənbələr onların tədarükü məsələsinin aradan qaldırılmadığını vurğulayıb. Məsələn, “Reaper” və “Grey Eagles” pilotsuz uçan aparatlarının istehsalçısı olan “General Atomics” şirkəti dronları Ukraynaya ötürməyə çalışırdı: onlar son bir neçə ay ərzində ABŞ hökumətinin tələblərinə cavab verəcək texnologiya transferi sazişi əldə etməyə çalışırlar.

Xatırladaq ki, dekabrın 5-də Ryazan vilayətindəki “Dyagilevo” və Saratov vilayətindəki “Engels” hərbi aerodromlarında partlayışlar baş verib. Rusiya Müdafiə Nazirliyi hücuma görə Ukraynanı ittiham edib.

Aerodromlardan birində 3 Rusiya hərbi texniki işçisi həlak olub, daha 4-ü yaralanıb. Qeyd edək ki, Ryazan və Saratov vilayətləri Ukrayna ilə həmsərhəd deyil. “Engels”dən Ukrayna ilə sərhədə qədər məsafə 700 km-dən çox, Ryazandan isə 500 km-dən çoxdur. Adının çəkilməsini istəməyən ukraynalı rəsmi “The Washington Post”a deyib ki, aerodromlar Ukrayna pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb. Eyni zamanda rəsmi Kiyev partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Dekabrın 6-da ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, Vaşinqton Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə təhrik etmir. “Ancaq Rusiyanın davam edən təcavüzü qarşısında ukraynalıların hər gün nə yaşadıqlarını anlamaq vacibdir. Biz əmin olmaq niyyətindəyik ki, ukraynalılar dünyadakı bir çox digər tərəfdaşlarəmız kimi, özlərini müdafiə etmək, ərazilərini qorumaq, azadlıqlarını qorumaq üçün bütün haqqlara sahibdirlər”, deyə Dövlət Katibi deyib.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın hökumət nümayəndə heyəti Raisi helikopterinin sərt eniş etdiyi yerə gedib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Ən çox oxunanalar