Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

“KazanForum 2024" beynəlxalq iqtisadi forum çərçivəsində, "Rusiya-Azərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi" mövzusunda dəyirmi masa və Rusiyanın regionları ilə əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunan görüşlər keçirilib.

"Report" Tatarıstanın Kazan şəhərində XV "Rusiyaİslam dünyası: KazanForum 2024" beynəlxalq iqtisadi forum çərçivəsində "RusiyaAzərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, ölkələrimiz arasında güclənən əməkdaşlığın perspektivləri barədə danışıb. Qeyd edilib ki, Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi fonunda işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri də genişlənir. Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması ticarət dövriyyəsinin həcmini daha da artıra bilər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunub, layihənin icrası çərçivəsində Azərbaycan tərəfində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya ilə Azərbaycan arasında yükdaşımaların həcminin artmasında təmsil etdiyi vilayətin rolunu vurğulayıb, ölkələrimizin nəqliyyat və beynəlxalq daşımalar sektorunda tərəfdaşlığının genişləndirilməsi potensialını yüksək qiymətləndirib.

Dəyirmi masada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iki ölkənin iş adamları arasında əlaqələrin intensivləşdirilməsi, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov isə Azərbaycanın ixrac və investisiya imkanları barədə çıxışlar ediblər.

Tədbirdə, həmçinin Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Moskva Ticarət və Sənaye Palatasının prezidenti Vladimir Platonov, "Ximqrad" Texnopolisinin baş direktoru Ayrat Gizatullin və Rusiyanın nəqliyyat-logistika, elektron ticarət və maliyyə sektorlarını təmsil edən şirkət nümayəndələri ikitərəfli əlaqələrin dərinləşdirilməsi haqqında çıxış edib, təqdimatlar keçiriblər.

"KazanForum" çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Rostov vilayətinin qubernatoru Vasili Qolubev, Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Mordoviya Respublikasının başçısı Artyom Zdunov ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycanla Rusiyanın regionları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Ən çox oxunanalar