Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub...

"Report"un məlumatına görə, son oyun günündə "Qəbələ" doğma meydanda "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan matçda meydan sahibləri qələbə qazanıb - 2:0. Qarşılaşmada hesabı 50-ci dəqiqədə Osama Xalayla açıb. 87-ci dəqiqədə isə Əyyub Alaş ikinci qolu qonaqların qapısından keçirərək görüşdə yekun hesabı müəyyənləşdirib.

Bu nəticə ilə "Qəbələ" 26 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Naxçıvan təmsilçisinin isə 35 xalı var.

Qeyd edək ki, turun digər görüşlərində "Qarabağ" "Turan Tovuz"a (4:3), "Sabah" "Sumqayıt"a (2:0), "Neftçi" "Səbail"ə (3:0), "Zirə" isə "Kəpəz"ə (1:0) qalib gəlib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar