Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna dövlət şirkətlərini ucuz qiymətə satır: "Mərc edəcək qədər cəsur investorlar axtarırıq"

Ukraynanın Əmlak Fondu müharibə fonunda iqtisadiyyatı dəstəkləmək üçün yaxın vaxtlarda iri dövlət şirkətlərini ucuz qiymətə satmaq niyyətindədir...

Poliqon “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Dövlət Əmlak Fondunun rəhbəri Rustəm Umerov Ukraynanın Rusiyanın işğalını dəf edəcəyinə "mərc edəcək qədər cəsur investorlar" axtardığını qeyd edərkən deyib.

"Odessa Liman Zavodu" ASC, titan istehsalçısı olan "Birləşmiş Mədən və Emalı Zavodu", Zaporojye Titan və Maqnezium Kombinatı, insulin istehsalçısı olan "İndar", enerji istehsal edən ASC "Tsentrenergo" satışa çıxarılacaq", deyə o, bildirib.

Bildirilir ki, Kiyev gübrə istehsalçısından tutmuş kommunal xidmətlərə, polad zavodlarına və insulin istehsalçısına qədər müxtəlif müəssisələrin satışından 400 milyon dollardan çox gəlir əldə edə bilər. Daha 190 milyon dolları əkin sahələrinin icarəsindən əldə etmək mümkündür.

"Əgər biz onları bu il satmasaq, gələn il onların dəyəri yalnız daşınmaz əmlak, növbəti il isə yalnız tikildikləri torpaq olacaq", deyə Umerov bildirib.

Qeyd edək ki, 2022-ci il iyulun 28-də Ali Rada özəlləşdirmənin sadələşdirilməsi, o cümlədən müəssisələrin köçürülməsini asanlaşdırmaq üçün 7451 saylı qanun layihəsini qəbul edib.

2022-ci il sentyabrın 1-dən Ukraynada kütləvi özəlləşdirmə başlayıb. Yeni qanuna əsasən, kiçik miqyaslı özəlləşdirməyə başlandıqdan sonra dövlət büdcəsinə ayda orta hesabla təxminən 470 milyon qrivina (təxminən 12.7 milyon dollar) daxil olub. Ümumilikdə, 2022-ci ildə dövlət kiçik miqyaslı özəlləşdirmə hərraclarından 1,7 milyard qrivina (təxminən 50 milyon dollar) qazanıb.

2022-ci il fevralın 16-na dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 645 milyon qrivna (təxminən 17.5 milyon dollar) vəsait daxil olub ki, bunun da 464 milyonu fevralın 14 günündə əldə edilib.

Ukraynanın baş naziri Denis Şmıxal hökumətin 2023-cü il üçün özəlləşdirmə planlarını açıqlayıb. Baş nazir qeyd edib ki, investisiyaları stimullaşdırmaq üçün genişmiqyaslı özəlləşdirmə bərpa olunur.

"Biz müflisləşmiş müəssisələrin ləğvini sürətləndiririk. Özəlləşdirməyə tabe olmayan strateji müəssisələrin siyahısını yeniləyirik. Sanksiyaya məruz qalan subyektlərdən müsadirə edilmiş müəssisələrin idarə olunması strategiyasını hazırlayırıq. Dövlət Əmlak Fondunun strukturunu optimallaşdırırıq. ", deyə Şmyhal bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Lənkəran Gömrük Postunun rəisi dələduzu himayə edir? - İddia

Ən çox oxunanalar