Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə davaya qatılan azərbaycanlı xəstəxanada vəfat edib

Türkiyədə azərbaycanlını döyüb öldürdülər...

İstanbulun Başakşəhər bölgəsində 20 gün əvvəl döyülərək xəstəxanaya yerləşdirilən 27 yaşlı Mirzə Xələfov xəstəxanada dünyasını dəyişib.

PİA.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 20 gün əvvəl iki qrup arasında yaranan mübahisə zamanı azərbaycanlı döyülüb. Davada iştirak edən iki nəfər saxlanılıb.

Hadisə yanvarın 4- də baş verib.

Məlumata görə, Mirzə Xələfov və dostu Mahmud T. ilə axşam saatlarında evə gedərkən Əkbər İ. ilə bir-birinə tərs baxdıqları üçün mübahisə yaranıb. Mübahisədən sonra Əkbər İ. dostlarını da götürərək Xələfovla dostunun qarşısına çıxıb. Əkbər İ. dostları ilə birlikdə Mirzə Xələfovu və dostunu təpik və yumruqla döyüb. Xəstəxanaya aparılan Mirzə Xələfov komaya düşüb. 20 gün xəstəxanada müalicə edilməsinə baxmayaraq, dünyasını dəyişib.

Polis tərəfindən hadisənin baş verdiyi ərazidə müşahidə kameralarına baxılıb. Əkbər İ. və dostu Hüseyn B. Həbs edilib. Davada üçüncü şəxs olan Səməd A.-nın isə bir neçə gün öncə soyğunluğa görə həbs edildiyi məlum olub.

pia.az


Etiket: kütləvi dava

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar