Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyədə “balkon çıxışı” ənənəsi Osmanlı İmperiyası dövründə yaranıb”


Aprelin 16-da Türkiyədə keçirilən referendum seçkiləri sonrası ilk olaraq AKP-nin baş qərargahında baş nazir Binəli Yıldırım, bir qədər sonra isə prezident Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında “balkon çıxışı” etdilər.


Bəs Türkiyədə “balkon çıxışı” ənənəsi nə zaman formalaşıb və bunun əhəmiyyəti nədir?

Ekspertlər bildirirlər ki, bu kimi ənənə hələ Osmanlı İmperiyası dönəmindən mövcud olub. Zaman keçdikdə isə bu ənənələr bir qədər də inkişaf edərək hazırkı vəziyyətə gəlib. Bildirilir ki, xüsusilə də Ərdoğan “balkon çıxış”ı ənənəsini siyasi məkana gətirən şəxsdir. Lakin bununla yanaşı, Türkiyənin əski filmlərində də hətta bələdiyyə sədrlərinin bu cür “balkon çıxışları” etmələri ilə bağlı səhnələrə rast gəlmək olur. 
Türkiyədən fərqli olaraq, Azərbaycanda bu ənənələr mövcud deyil. Ölkəmizdə mövcud olan siyasi partiya liderləri adətən sosial şəbəkələr, media vasitəsilə xalqa müraciət etməyi üstün tuturlar. İnşaat baxımından da Azərbaycanda əksər partiyaların qərargahları balkon çıxışları etmək üçün əlverişli deyil.


Mövzu ilə bağlı “Yeni Müsavat” danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycanda partiyalar hələ çar Rusiya ənənəsini davam etdirir: “Osmanlı İmperiyası dünya tarixində müəyyən ənənələr qoyan bir imperiya olub. 1299-cu ildən 1922-ci ilə qədər tarixi, üç qitədən isə ərazi götürüb. Bunun özü çox şey deyir. Təbii ki, dünya tarixində bir çox ənənələrin bünövrəsi də elə Osmanlı İmperiyası ilə bağlı olub. Eyni zamanda müəyyən vaxt keçdikcə yaranan ənənələr başqa bir ənənənin də formalaşmasına şərait yaradıb. Türkiyədə bu cür ”balkon çıxış"ları da həmin ənənələrin təzahürüdür. Azərbaycana gəlincə isə burada siyasi partiyalar hələ də SSRİ dövründən formalaşmış ənənələr üzrə fəaliyyət göstərirlər. Çar Rusiyası dövründə partiyalaşma ənənələri inqilabçılıq dalğalarının üzərində qurulan proses idi. Ona görə də fikir versək görərik ki, bizim partiyalar üçün daha vacibi, məsələn, “Fəvvarələr meydanı”nda bir qrup halında toplanıb şüar deməkdir. Yəni bunların hamısı Çar Rusiyası dönəmindən qalma adətlərdir. Hesab edirəm ki, biz nə qədər Avropada partiyalaşma ənənələrini yaşatsaq, o qədər qazancımız olar. Avropada partiyaların fəaliyyəti şüur, ağıl üzərində qurulub. Eləcə də Türkiyədə də bu sistem tamamilə başqa formada, hərbi məcra üzərində formalaşıb".
Image result for Mübariz Əhmədoğlu

Politoloq bildirib ki, “balkon çıxışı” ənənələri hələ Bakı üçün uyğun deyil: “25 ildir ki, müstəqillik əldə etmişik və hələ ki biz dünyanın diqqətindəyik. Bizi öyrənirlər və düşünürəm ki, hansısa onlar üçün anlaşılmaz hərəkət gördükdə, bizdən uzaqlaşa bilərlər. Biz şüurumuzda, ortaya qoyduğumuz ideyalarda nə qədər çox soyuqluq yarada bilsək, emosiyanı azaldarsaq, bütövlükdə cəmiyyət qazanar. Cəmiyyətin qazanması, müxalifət və iqtidarda olmağından asılı olmayaraq, həmin partiyanın da hərtərəfli qazanması anlamına gəlir. Ona görə də hesab edirəm ki, emosiyadan uzaq siyasət aparmalı, cəmiyyətimizi də buna alışdırmalıyıq”.

Politoloq Əhəd Məmmədli isə bildirib ki, “balkon çıxışları” AKP dönəmindən başlayıb: “Ümumiyyətlə, partiya qurulan zaman Türkiyə siyasətinə yenilik şüarları ilə gəldi. Həqiqətən də yeniliyi hər sahədə tətbiq etməyə başladılar. O cümlədən də təbliğat sahəsində bu işlər aparıldı. Əsasən ”balkon çıxışları" onun göstəricisidir ki, biz qələbə qazandıqdan sonra da xalqla birlikdəyik. Yəni göstərirlər ki, ilk açıqlamanı mətbuata vermirik, jurnalistləri yığıb ənənəvi mətbuat konfransı təşkil etmirik. Bunun əvəzində isə xalqı dəvət edib, canlı şəkildə xalqla danışırlar. Bu, xalqla AKP-nin bütövləşməsi deməkdir. Bütün bunların hamısı Ərdoğanı xalq lideri, xalqın tərəfindən sevilən liderə çevirdi. İstər bələdiyyə, istər prezident seçkiləri, istərsə də referendumda hər qələbədən sonra “balkon çıxışları” edilir və Ərdoğan gələcəyə doğru mesajlarını verir". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar