Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə PA-nın Komissiya üzvü: “FETÖ və digər terror təşkilatlarına qarşı mübarizədə ölkəmiz bayraqdardır”

“FETÖ və digər terror təşkilatlarının bölgəmizdə əl-qol açması təsadüfi deyil, sistemli bir fəaliyyətin nəticəsidir, amma bu qüvvələrə qarşı mübarizədə Türkiyə bayraqdardır”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Prezident Administrasiyası (PA) Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, siyasətçi İsmayıl Safi bildirib.

O qeyd edib ki, qlobal imperialist qüvvələr Türkiyə də daxil olmaqla Orta Şərq, Mərkəzi Asiya və Afrikanı idarə etmək üçün fərqli metodlar və terror təşkilatlarından istifadə ediblər:

“Məqsədləri budur ki, dünyanın geri qalan hissəsini də müstəmləkələrinə çevirsinlər. Müxtəlif vasitələrə əl atırlar. Türkiyənin də yer aldığı coğrafiyada, yəni Orta Şərqdə PKK, YPK, İŞİD və FETÖ terror təşkilatlarını maşa olaraq istifadə edirlər”.

İsmail Safinin fikrincə, qlobal güclər Türkiyənin və İslam dünyasının ayağa qalxmasını heç bir halda istəmir:

“Çünki onların minillik türk qorxusu var”.

Siyasətçi Türkiyə dövlətinin quruluşundan bu günə qədər 100 illik dövrdə imperialist qüvvələrin bu ölkədə fəaliyyətlərini konkret olaraq misallarla ifadə edib:

“ASALA erməni terror təşkilatı dünyanın fərqli yerlərində Türkiyənin 40 diplomatını şəhid etdi. Terror təşkilatı 1980-ci ildə süquta uğrasa da, sonradan bunun PKK-ya çevrildiyini gördük. Bu qruplaşma 50 min günahsız insanımızı qanına qəltan etdi. Bununla kifayətlənməyib "İŞİD" kimi imanı olmayan bir təşkilat ortaya çıxardılar. Coğrafiyamıza “yumşaq islam” adı altında Fəttulahçı terror təşkilatı da bu şəkildə müsəllət edildi. Türkiyəyə vurduğu ziyan azmış kimi FETÖ 2013-cü ildə Gəzi olaylarında yaşıllaşdırma ilə bağlı aparılan bir aksiyanı fürsətə çevirib ölkəmizə qarşı günlərlə davam edən zərərverici bir fəaliyyət həyata keçirdi. 2016-cı ildə daha da irəli gedərək, dövlət çevrilişinə cəhd etsə də, dərslərini aldılar. Ən son da 2023-cü il prezident və parlament seçkiləri zamanı ölkəmizdə qarışıqlıq yaratmaq cəhdlərinə şahid olduq və yenə də istəklərinə nail olmadılar. Bütün bunlarda da Türkiyənin inkişafını istəməyən xarici qüvvələrin əli var”.

İsmail Safi deyib ki, güclü strukturu olan bu terror təşkilatları ilə mübarizədə Türkiyə digər türk və islam ölkələrinə himayədarlıq edir: “Güclü strukturu olan bu təşkilatlar asanlıqla şəkil dəyişdirib, qlobal güclərdən hər zaman dəstək aldıqlarına görə bunların dayanacağını zatən gözləmirik. Amma bu cür qüvvələrin bir daha milli və dini duyğularımıza müdaxilə etmələrinə imkan verməməliyik. Təbii ki, Türkiyə imperialist qüvvələrin ilk hədəfidir, çünki islam və türk dünyasına himayədarlıq edir, məzlum dövlətlərin haqlarını qoruyur. Ona görə də Türkiyəyə hücum edirlər. Bütün bunlara qarşı isə Türkiyə artıq daha mübariz və güclü olmaq refleksinə sahibdir. Türkiyə başda Azərbaycan olmaqla bütün türk və islam dünyası ilə bərabər daha müqavimətli şəkildə fəaliyyətlərini davam etdirir və etdirəcək”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar