Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təxribat olarsa Kim Çen In Cənubi Koreyanı məhv etməyə hazırdır

Şimali Koreya lideri Kim Çen In ölkəsinin Cənubi Koreyanı məhv etmək üçün bütün hərbi potensialından istifadə edəcəyi ilə hədələyib...

Poliqon xəbər verir ki, bu barədə KXDR lideri müdafiə sənayesi müəssisələrinə səfərin zamanı danışıb. Kimin sözlərinə görə, Şimali Koreya Seulun hər hansı təxribatı ilə üzləşərsə, belə addımlar atacaq.

“Əgər Cənubi Koreya Respublikası dövlətimizə qarşı silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə və ya suverenliyimizi və təhlükəsizliyimizi təhdid edərsə, biz Koreya Respublikasını tamamilə məhv etmək üçün bütün mövcud vasitə və güc arsenalından istifadə etməkdən çəkinməyəcəyik”, deyə Kim Çen In bildirib.

Şimali Koreya lideri vurğulayıb ki, KXDR Koreya yarımadasında “əzici gücü” olaraq, birtərəfli qaydada böyük hadisələr törətmək niyyətində deyil, eyni zamanda müharibədən qaçmaq niyyətində də deyil.

“Koreya Respublikasının hakim qanqsterləri KXDR ilə qarşıdurma kimi intihar siyasətinin səhvini dərk etmədikcə, respublikamız ədalətli mübarizə prinsiplərinə əsaslanan aşkar əməli hərəkətləri hər zaman davam etdirəcək”, deyə Şimali Koreya lideri əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar