Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tərəflər arasında etimad qırılıb” - Harlem Desir

"Tərəflər arasında etimad qırılıb, onların danışıqlar masasına qayıtmaq həvəsi çox azdır”


“Apreldə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas xəttində baş verənlər onu göstərdi ki, mövcud status-kvonu saxlamaqla həllə nail olunacağını düşünmək ciddi səhvdir”.
 
APA-nın məlumatına görə, bu sözləri Fransanın Avropa məsələləri üzrə dövlət nazir Harlem Desir ölkə Senatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğuya cavabında deyib. O bildirib ki, münaqişə ildə onlarla mülki vətəndaşın və hərbçilərin ölümü ilə nəticələnir: “Bu gün təcili şəkildə atəşkəs bərpa olunmalı, hərbi toqquşmalar dayandırılmalı və  tərəflər danışıqlar yolu ilə həllə nail olmaq üçün danışıqlar masasına qayıtmalıdır. Bu, asan olmayacaq. Tərəflər arasında etimad qırılıb. Onların bu gün danışıqlar masasına qayıtmaq həvəsi çox azdır”.
 
H. Desir regiona səfərini xatırladaraq hər iki ölkənin prezidenti ilə görüşdə Fransanın həmişəki mesajını çatdırdığını qeyd edib: “Mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər iki ölkəni kompromisə çağırdım. Bu kompromisin parametrləri məlumdur. Madrid prinsiplərində də göstərildiyi kimi, bunlara güc tətbiq olunmaması, Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılması daxildir”.
 
H. Desirin sözlərinə görə, Fransa tərəfləri danışıqlar masasına qaytarmaq məqsədilə bütün təşəbbüslərə hazırdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar