Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təranə Səmədovanın məhkəmə görüntüləri yayıldı - Video

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun məhkəmədən görüntüləri yayılıb.

Poliqon.info pravda.az-a istinadən xəbər verir ki, görüntülər "İN Media" youtube kanalında paylaşılıb.

Qeyd edilib ki, hər iki şəxsin cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.

Xatırlatma: İstintaq materiallarında qeyd olunub ki, Təranə ilə Rasim qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul tələb ediblər

Aparılan istintaq zamanı müəyyən olunub ki, Təranə Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasimlə birgə ad və soyadı şərti olan Altay Səfirovun fotoşəkillərini əldə edib.

Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə kişini hədələyiblər. Bu yolla onlar Altaydan 3 min manat tələb ediblər.

Beləliklə, ötən ilin noyabrında Təranə ilə Rasim zərərçəkmişdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.

Bundan başqa, onlar təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

Təranə Səmədova ilə Rasim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Ən çox oxunanalar