Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tender kralı” oğlunun adına milyonluq anbar və fabrik tikdirir

Azərbaycanda adı “tender kralı” kimi tanınan və yüzlərlə MMC ilə dövlət satınalmalarında müxtəlif formalarda maxinasiyalar edərək milyonçuya çevrildiyi iddia olunan Ramazan Mirzəyev Bakı şəhərində oğlunun adına anbar tikdirir.

Bu barədə “xalqxeber.az” məlumat yayıb.

Bildirilir ki, Nicat Mirəzyevin adına sənədləşdirilən və Bakı şəhəri, Binəqədi rayonu 53 və 306A ünvanında inşa edilən saxlanc anbarının ərazisi 850 kvadrat metrdir.

2 həftə öncə mətbuatda “Hacı Ramazan”ın oğlu Nicat Mirzəyevin adına Binəqədi ərazisində mebel fabriki inşa etməsi ilə bağlı məlumat yayılıb.

İnşa edilən fabrikin təkcə ərazisinin dəyərinin iki milyon manata yaxın olduğu qeyd edilir.

Ramazan Mirzəyevin adı uzun illərdir Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müxtəlif maxinasiyalarda hallanır.

Bildirilir ki, “tender kralı” Ramazan Mirzəyevə məxsus MMC-lər illərdi BŞİH-nin keçirtdiyi tenderlərin qalibi elan olunur: “Məhz bu tenderlər sayəsində Ramazan Mirzəyevin milyonçu iş adamına çevrildiyi ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib”, – xəbərdə qeyd olunur.

İcra Hakimiyyəti və adıçəkilən şəxslər xəbəri nə təsdiq, nə də təkzib ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Qabil Hüseynli: Paşinyan Moskvadan normal nəticələrlə geri qayıtdı...

Ən çox oxunanalar