Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təcili Yardım maşını gecikdi, Azərbaycan çempionatının oyunu gec başladı

Birinci divizionda hazırda davam edən MOİK – “Sumqayıt” matçı 16:00-da başlamalı olsa da, qarşılaşma 1 saat gec start götürüb.

PİA.az-ın əldə etdiyi məlumata görə, buna səbəb isə oyuna Təcili Tibbi Yardım maşınının gec gəlməsidir.

Məlumatı “Qafqazinfo”ya açıqlamasında Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov da təsdiqləyib. O bildirib ki, nadir hallarda da olsa, bu cür vəziyyətlə üzləşirlər:

“Matçlardan 2 saat öncə xidməti iclas keçirilir. Burda əvvəllər Təcili Tibbi Yardım xidmətinin nümayəndəsi də iştirak edirdi. Amma biz ölkədəki pandemiya vəziyyətini nəzərə alıb onların iştirakını 1 saat əvvələ qədər çəkmişik. Məsələn, matç 15:00-da olacaqsa, nümayəndə 14:00-da gəlir. Lakin bəzi hallarda gecikmələr də olur, amma nadir hallarda bu baş verir. Əvvəlcə, onlara təşəkkür edirik ki, bu vəziyyətdə futbol matçlarına da gəlirlər. Bu gün də belə bir hal baş verib. PFL olaraq dərhal nəzarətə götürdük və 16:30-da artıq Təcili Tibbi Yardım maşını burda idi. Sadəcə biz futbolçuların isinmə hərəkətlərinə ehtiyacı olduğunu və matçöncəsi bəzi tərbirləri nəzərə alaraq, 17:00-da başladıq. İstənilən halda məsələ AFFA nümayəndəsinin raportunda qeyd olunacaq və AFFA İntizam Komitəsi lazımi ölçü götürəcək. PFL də meydan sahibi komandaya bildirəcək ki, belə hallar təkrarlanmasın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Yalçın Rəfiyev SBM komissiyasının iclasında çıxış edib

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Ən çox oxunanalar