Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış prodüser Təranə Səmədova və ərinin məhkəməsi başlayır - Foto

Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib...

Tanınmış prodüser Təranə Səmədovanın və həyat yoldaşı Rasim Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.
İstintaqın gedişatı zamanı prodüserin də cinayət işi üzrə əməlləri ortaya çıxıb və istintaqa cəlb olunub. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Ən çox oxunanalar