Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanı rayonu, Yeni Günəşlidə “Mərasim evi” istifadəyə verilib


Suraxanı rayonu, Yeni Günəşlidə Laçından olan məcburi köçkünlər üçün “Mərasim evi” istifadəyə verilib


19 avqust 2014-cü il tarixdə Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsində Laçın rayonundan olan məcburi köçkünlərin bir hissəsinin məskunlaşdığı binaların həyətində “Mərasim evi” inşa edilərək istifadəyə verilmişdir. Zəruri inventarla təciz edilmiş, hər cür şəraiti olan “Mərasim evi” SuraxanıLaçın rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı nəticəsində inşa edilmiş və kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

 “Mərasim evi”nin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, RİH başçısı aparatlarının məsul işçiləri, Laçın rayonundan olan məcburi köçkünlər  iştirak etdilər.

Tədbirdə çıxış edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bildirdi ki, məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması və onların problemlərinin həll olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından laçınlılar da kənarda qalmayıb.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Dövlət başçısının tapşırığı ilə davamlı olaraq sosial layihə və proqramların icra olunduğunu diqqətə çatdırdı. Rayon rəhbəri xüsusi vurğuladı ki, rayonda məskunlaşan bütün məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Bu məqsədlə davamlı olaraq rayonda sosial layihə və proqramlar həyata keçirilir.

Çıxış edən laçınlı Qarabağ müharibəsi veteranları və məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

 Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızın tezliklə azad edilməsinə inam ifadə olundu. Çıxış edənlər bildirdilər ki, laçınlı gənclər və bütün laçınlılarda da yüksək mübarizə əhval-ruhiyyəsi var, torpaqlarımızı, sülh yolu tükənərsə, hər an vuruşaraq azad etməyə hazırdırlar və Ali Baş Komandanın əmrini  gözləyirlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar