Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub - Yenilənib

Avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub...

İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən 9 nəfəri abulator müalicə üçün evə buraxılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 3 nəfərin isə terapiya şöbəsində müalicəsi davam etdirilir: "Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur".

***

"TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib. Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir".

"Report" xəbər verir ki, bu barədə mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Lalə İbadova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müraciət edənlər zəhərlənmə diaqnozu ilə müşahidə otağına yerləşdirilib: "Hazırda xəstələrin vəziyyəti qənatbəxşdir. Əhvalı yaxşılaşan xəstələr artıq evə buraxılıb. Hazırda terapiya şöbəsində 5, müşahidə otağında isə 3 pasiyent qalıb və onlar həkim nəzarətindədir. Müşahidə otağında olanlara da tibbi yardımlar olub və gün ərzində evə buraxılacaqlar".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Ən çox oxunanalar