Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini Ermənistana itkin düşənlərin dəfn yerləri barədə məlumatları bölüşməsi üçün çağırış edib

Ermənistan bütün mövcud məlumatları, itkin şəxslərin dəfn yerləri barədə məlumatları bölüşməlidir...

Poliqon xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev oktyabrın 2-də Bakıda keçirilən “Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi” mövzusunda paneldə deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildən artıqdır itkin düşmüş şəxslər problemi ilə qarşılaşan ölkə kimi dayanıqlı sülh gətirə biləcək məsələlərin əhəmiyyətini yaxşı bilir: "Beynəlxalq qətnamələr sülh və sülh quruculuğu prosesinin bir hissəsi kimi itkin düşmüş şəxslər probleminin həllini vurğulayır. Humanitar elementlərin sülh danışıqlarına daxil edilməsi vacibdir. Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə Vətən müharibəsindən sonra qısa müddətdə 18 kütləvi məzarlıq aşkar edilib, azad edilmiş ərazilərdə basdırılan meyit qalıqları qeyri-insani şəraitdə basdırılıb".

Nazir müavini bildirib ki, son illərdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycan hökuməti lazımi addımları atır: "İtkin düşmüş şəxslərin naməlum taleyi barışıq və davamlı sülh üçün maneə ola bilər. Regionumuzda sülhə münasibətimiz heç vaxt qisas üzərində qurulmayıb. Azərbaycan mina partlayışı riski yüksək olmasına baxmayaraq, 2000-ə qədər meyit qalığını Ermənistana geri qaytarıb”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Ən çox oxunanalar