Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “İqlim üzrə Fəaliyyət Həftəsi”nin üçüncü gününə start verilib

Bu gün Bakıda COP29-a həsr olunmuş "İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində keçirilən beynəlxalq konfrans davam edir...

Trend xəbər verir ki, konfransın üçüncü gününün əsas mövzusu "Yaşıl iqtisadiyyat: bacarıqların həlli, maliyyələşmə və ədalətli keçid" olub.

Çıxış edənlər arasında COP29 üzrə BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu (UN Climate Change High-Level Champion) Nigar Arpadarai, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dünya Bankının Azərbaycan üzrə təyin olunmuş ölkə meneceri Stefani Stolmeyster, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Siemens Energy şirkətinin vitse-prezidenti Maksim Zubov, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Abbas İbrahimov və digər rəsmi şəxslər olub.

Qeyd edək ki, bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək.

Xəbər yenilənəcək.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Ən çox oxunanalar