Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda 33 yaşlı kişi qətlə yetirilib - Yenilənib

Sumqayıtda törədilən qətllə bağlı bəzi məqamlar açıqlanıb...

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən Həsənalı Piriyevin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşadığı bildirilir.

Məlumata görə, onun hadisəni törətməkdə şübhəli bilinən Seymur Quliyevə 300 manat borcu olub. S.Quliyev dəfələrlə H.Piriyevdən borcunu qaytarmasını istəyib. Hadisə törədiləndən bir neçə saat öncə H.Piriyev tanışı ilə S.Quliyevin yanına gedərək məsələni həll etmək etmək istədiyini deyib. Bu zaman mübahisə yaranıb, nəticədə H.Piriyev bıçaqlanıb.

H.Piriyev qayınanasının evinə doğru gedərkən küçədə keçinib.

***

Yanvarın 10-də saat 02 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Şahmar oğlu saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

Sumqayıt şəhərində kişi bıçaqlanaraq öldürülüb.

APA xəbər verir ki, hadisə 15-ci məhəllədə 16 saylı yataqxanada baş verib.

1990-cı il təvəllüdlü Həsənalı Əli oğlu Piriyev yaşadığı mənzildə bıçalanaraq öldürülüb.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törəldiyi məlum deyil.

Fakt araşdırılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay