Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt və Abşeronda Xocalı faciəsi qurbanları anıldı

Sumqayıtda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib...

PİA.az xəbər verir ki, əvvəlcə ümumşəhər yürüşü təşkil olunub.

Yürüşdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib. Göyərçin abidəsinin önündən başlayan və Şəhidlər Xiyabanınadək davam edən yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu cinayəti bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

Şəhidlər Xiyabanında Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeronda da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub. Bu münasibətlə Abşeron rayon Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün, şəhid ailələri iştirak ediblər. İştirakçılar əvvəlcə mədəniyyət mərkəzinin foyesində mövzunu əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış "Əsgər olacam" kompozisiyası təqdim edilib. Səhnə əsərində Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın və qocaların başına gətirilən müsibətlərdən, ermənilərin törətdikləri vəhşiliklərdən, dünyanın bu soyqırımına göz yummasından və sonda Xocalının azad edilməsi gününün yaxınlaşmasından bəhs olunur. (Report)

pia.az


Etiket: Xocalı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ən çox oxunanalar